Ədəbiyyat kimi media da ölkələr və xalqlar arasında körpü rolunu oynayır
18.10.2014 [11:17]
Azərbaycan ilə Misir arasında əlaqələr qədim tarixə malikdir. Bu əlaqələrin inkişafına və zənginləşdirilməsinə hər iki xalqın siyasətçiləri, elm və mədəniyyət xadimləri özünəməxsus töhfələr veriblər.
Bu fikirlər Misirin Eyn Şəms Universitetinin ədəbiyyatşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri professor Tariq Şələbi və həmin fakültənin professoru İslam əş-Şərqavi ilə oktyabrın 17-də AzərTAc-da keçirilən görüşdə səslənib.
Agentliyin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyan görüşdə Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında rolu və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib.
Xalqlarımız arasında əlaqələrin qurulması və inkişaf etməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini xatırladan Aslan Aslanov Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndiyini qeyd edib.
Ədəbiyyat ölkələr və xalqlar arasında əlaqələrin və dostluq tellərinin möhkəmləndirilməsində özünəməxsus rol oynayır. Gərək bir-birimizi yaxından tanıyaq, ədəbi irsə dərindən bələd olaq. Bu baxımdan Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi, ərəb şair və yazıçılarının yaradıcılığının araşdırılması sahəsində güclü bir məktəb formalaşdığını bildirən baş direktor, görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın əvəzedilməz xidmətlərini yada salıb. Qeyd edib ki, Aida xanım ərəb ədəbiyyatına, xüsusilə mühacirətdə yaşamış ədiblərin yaradıcılığına yeni baxışla yanaşırdı. Onun tətbiq etdiyi metodlar nəinki Azərbaycan, həmçinin keçmiş Sovet İttifaqının görkəmli şərqşünasları tərəfindən yüksək qiymətləndirilir və universitetlərdə tədris edilirdi.
Ədəbiyyat kimi, medianın da üzərinə mədəniyyətlər arasında dialoqu inkişaf etdirmək və dərinləşdirmək missiyası düşür. Ədəbi əsərlər insanın hiss dünyasına, daxili aləminə sirayət edərək onun davranışlarını, düşüncələrini formalaşdırır. Media isə öz növbəsində bu düşüncələri yenidən cəmiyyətə çatdırır və beləliklə, xalqlar arasında körpü rolunu oynayır. Bu barədə fikirlərini bölüşən Aslan Aslanov diqqəti ədəbiyyat və medianın oxşar missiyalarına yönəldib.
Baş direktorun fikirlərinə şərik çıxan professor Tariq Şələbi ölkəmizə üçüncü dəfə səfər etdiyini, Azərbaycanda böyük tərəqqinin şahidi olduğunu deyib.
Bakıya budəfəki səfərinin görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın 75 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı ilə bağlı olduğunu qeyd edən professor T.Şələbi alimin əsərlərini ərəb mentalitetinin, dünyagörüşünün tədqiqatçıları üçün mühüm mənbə kimi dəyərləndirib.
Misirli alim AzərTAc-ın materiallarını müntəzəm izlədiyini, Azərbaycanla bağlı əsas məlumatları onun saytından aldığını söyləyib. Vaxtilə dərs dediyi tələbələrindən birinin hazırda AzərTAc-da çalışdığından duyduğu sevinc hissini dilə gətirən Tariq Şələbi agentliyin ərəb dili bölməsinin əməkdaşları üçün Eyn Şəms Universitetində kurslar təşkil etmək təklifini irəli sürüb.
Görüşdə Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami də iştirak edib.
Görüşdən sonra qonaqlar AzərTAc-ın əməkdaşlarına media dili mövzusunda treninq keçiblər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

