MDB və Baltikyanı ölkələrin dəmir yollarının rəhbərləri Bakıya toplaşıblar
22.10.2014 [09:58]
Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçirilir.
AzərTAc xəbər verir ki, tədbirin gündəliyinə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər daxildir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin iclas iştirakçılarına təbrikini oxuyub.
Daha sonra Azərbaycanın nəqliyyat naziri ölkəmizin polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar və perspektivlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin Şimal-Cənub, Şərq-Qərb və Bakı-Tbilisi-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də bəhs edib.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakuninin məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, iclasda 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılaşmanın yerinə yetirilməsi, 2015-ci ildə beynəlxalq istiqamətdə yükdaşımada tarif siyasəti, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü kimi məsələlər də nəzərdən keçiriləcək. Həmçinin şuranın 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi təsdiqlənəcək.
Azərbaycan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Moldova, Bolqarıstan, Finlandiya və Estoniya dəmir yolları rəhbərlərinin qatıldığı iclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirilib.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası işini oktyabrın 22-də yekunlaşdıracaq. İclasın yekunları ilə bağlı müvafiq protokol imzalanacaq.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

