Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bununla istintaqın gedişinə təsir göstərmək istəyirlər

Bununla istintaqın gedişinə təsir göstərmək istəyirlər

28.10.2014 [09:50]

“Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Beynəlxalq qadın hüquq müdafiəçiləri koalisiyasının Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, müxtəlif qurumlar, təşkilatlar vasitəsilə bu cür məsələləri qaldırırlar və bir daha dünyaya sübut olunur ki, bu cür təşkilatlar eyni mərkəzdən idarə olunur, erməni lobbisinin təhriki ilə həmin mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər.
Nobel mükafatının cəmiyyət, dünya üçün faydalı iş görənlərə təqdim edildiyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycanda hər hansı bir erməni mənşəli, Azərbaycan əleyhinə iş aparan, ayrı-ayrı erməni kəşfiyyat orqanlarına Azərbaycanın hərbi sirlərini ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa belə, bu, özü böyük cinayətdir.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31