/ / Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
31.10.2014 [09:53]
Azərbaycan Respublikası Prokurorluğu “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litvanın Xüsusi İstintaq Xidməti tərəfindən oktyabrın 20-24-də Varşavada kurslar təşkil olunub.
Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin qatıldığı tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil edib.
Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilib, mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilib. Kursda, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət araşdırılıb, problemli məsələlər öyrənilib və inkişaf meyillərinin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.
Bundan başqa, Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən oktyabrın 13-dən 28-dək Kuala Lumpurda “İxtisaslaşmış dürüst məmur” adlı tədris proqramı keçirilib.
Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.
Malayziyanın, Böyük Britaniyanın, Avstraliyanın, Sinqapurun və mötəbər beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, həmin ölkələrin bu sahədə müsbət təcrübəsi, qabaqlayıcı tədbirlər, dövlət qulluqçuları üçün etik-davranış kodekslərinin əhəmiyyəti, maraqlar toqquşması və digər mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

