Davos Forumu Azərbaycanın dünya dövlətləri üçün əhəmiyyətli ölkə olduğunu göstərdi
24.01.2015 [09:27]
Aydın Hüseynov: Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir
Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 45-ci iclası işinə başlayıb. Forumda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərinin və kooperasiyalarının təmsilçiləri iştirak edərək qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparmaqdadırlar. Hazırda işini davam etdirən Davos Forumunda ən mühüm məqamlardan biri Azərbaycanın böyük iqtisadi potensialı, həyata keçirilən islahatlar, dünyanın enerji təchizatındakı rolunun müzakirə edilməsi olub. Xüsusilə də Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər iştirakçıların marağına səbəb olub.
Davos Forumunu şərh edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri və regional əməkdaşlıqla bağlı fikirləri olduqca mühüm əhəmiyyət kəsb edən, region dövlətlərini geniş birgə əməkdaşlığa dəvət edən çağırışlar kimi qiymətləndirilə bilər: “Cənab Prezident İlham Əliyev Azərbaycanın bütün ölkələr üçün qlobal layihələrdə iştiraka açıq olduğunu və respublikamızın bu istiqamətdə atdığı addımların beynəlxalq əməkdaşlığa geniş imkanlar açdığını bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub” qaz dəhlizi kimi nəhəng layihəyə start verib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca əhəmiyyət kəsb edir”.
Aydın Hüseynovun sözlərinə görə, Davos Forumunda dünya iqtisadiyyatı ilə bağlı çoxsaylı fikir müxtəlifliyi nəzərə çarpsa da, Azərbaycanın sabit və dayanıqlı iqtisadi inkişafı da təqdir olunub. “Azərbaycan Prezidentinin də vurğuladığı kimi, dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı düşünülmüş siyasət nəticəsində artıq ölkəmiz neftdən asılı olmadığını təsdiq etməkdədir. Hazırda ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşib. Həmçinin, bir neçə il əvvəl uzaqgörən siyasətin nəticəsi kimi neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti öz uğurlarını göstərməkdədir. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib ki, Azərbaycanın dövlət başçısının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqeyi dünya birliyini qısa zamanda münaqişənin sülh yolu ilə həllinə dəvət edən qətiyyətli və prinsipial çağırış idi.
Aydın Hüseynov onu da əlavə edib ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur və bu, bir neçə istiqamətdə özünü göstərir. “Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə mövqeyini daha da yaxşılaşdıraraq 148 ölkə arasında 38-ci pillədə qərarlaşıb. Əvvəlki hesabatla müqayisədə mövqeyini daha da yaxşılaşdıran respublikamız Şərqi Avropada ən çox rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olan ölkə kimi səciyyələndirilir. Azərbaycan bu indeks üzrə MDB və türk dövlətləri arasında birinci yerdə qərarlaşıb. Respublikamız makroiqtisadi sabitlik indeksi üzrə mövqeyini son bir ildə 10 pillə yaxşılaşdıraraq 8-ci yerdə qərarlaşıb. Bu, dünya ölkələri üzrə ən yaxşı göstəricilərdən biridir”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

