Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir

Məlahət İbrahimqızı: Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir

24.02.2015 [11:18]

“Xalqımız Xocalı faciəsini heç bir zaman unutmayacaq. Çünki Xocalı faciəsi zamanı sadə, əliyalın, köməksiz insanlar erməni vəhşiliyinin qurbanı olublar”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, biz hamılıqla dünyanın bu faciəyə biganə qalmamasına çalışmalıyıq. Onun sözlərinə görə, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir.
“Tarixi saxtalaşdırmaqla məşğul olan ermənilər mövcud olmayan, tarixdə baş verməyən qondarma “erməni soyqırımı”nı dünyaya təbliğ etməklə özlərini məzlum xalq kimi qələmə verməyə çalışırlar. Amma, əslində yüz ildən çoxdur ki, özləri türk millətinə qarşı zaman-zaman qətliamlar , soyqırımları törətməkdədirlər. Onların Xocalıda azərbaycanlılara qarşı qəddarcasına törətdikləri soyqırımı isə çox da uzaq olmayan bir dövrdə baş verib və bu soyqırımının canlı şahidləri hələ də sağdırlar. Məhz Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına düzgün siyasi qiymət verildi və qətliamın təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlandı. Xocalı soyqırımının dünyada təbliğ olunmasında Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri vardır. Bu gün hər bir azərbaycanlının qarşısında duran ən ümdə vəzifə Azərbaycan həqiqətlərini, o cümlədən, ölkəmizin acı tarixini dünya ictimaiyyətinə çatdırmaqdır” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31