Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənir
26.02.2015 [00:11]
Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
AzərTAc xəbər verir ki, nazirlər əvvəlcə təkbətək, sonra geniş tərkibli görüşlər keçiriblər. Daha sonra birgə mətbuat konfransında görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verilib.
Elmar Məmmədyarov deyib ki, görüşlərdə türkiyəli həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı durumu, həmsədrlərin regiona səfəri barədə məlumatlandırıb. O, xatırladıb ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür və Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını və Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsini dəstəkləyir.
E.Məmmədyarov keçən ay Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirildiyini xatırladıb və bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib. Bildirib ki, keçən həftə İranın xarici işlər naziri Bakıda olarkən yaxın zamanda İranda Azərbaycan, Türkiyə, İran xarici işlər nazirləri səviyyəsində növbəti üçtərəfli görüşün keçiriləcəyi razılaşdırılıb. Bundan başqa, yaxın bir-iki ay ərzində Gürcüstanda da xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycana hər səfərində ölkənin daha da inkişaf etdiyini görməsi onu çox sevindirir. Nazir Türkiyə-Azərbaycan əlaqələrinin getdikcə daha da möhkəmləndiyini, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. M.Çavuşoğlu ölkələrimizin bir çox müştərək layihələr həyata keçirdiyini bildirib, TANAP, “Bakı-Tbilisi-Qars” layihələrini misal çəkib. O deyib ki, bu layihələr bizim üçün strateji əhəmiyyət kəsb edir.
M.Çavuşoğlu nazirlər səviyyəsində keçirilən üçtərəfli görüşlərin əhəmiyyətini də qeyd edib. Nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, əlaqələrimizin daha da inkişaf edəcəyini vurğulayıb.
M.Çavuşoğlu Antalyada keçiriləcək “G-20” sammitinə rəhbərliyin Türkiyə üçün böyük şərəf olduğunu deyib. Bildirib ki, Türkiyə Prezidenti bununla bağlı artıq “G-20” ölkələrinə səfərlər etməyə başlayıb. “Bildiyiniz kimi, biz bu sammitə Azərbaycanı da dəvət etmişik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək”.
Türkiyəli nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasətlə özünü təcrid vəziyyətinə saldığını bildirib. Qeyd edib ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilərsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, birgə işlərimizə bu ölkə də qoşula bilər.
Xocalı soyqırımından bəhs edən M.Çavuşoğlu deyib: “Biz bu faciəni törədənləri lənətləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

