Türkiyənin tanınmış media təmsilçiləri Milli Məclisdə olublar
04.04.2015 [11:06]
Aprelin 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan bir qrup tanınmış media nümayəndəsi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə, oxşar ənənələrə söykəndiyini deyib. Dünyada baş verən qarışıq ictimai-siyasi hadisələrin fonunda iki ölkə arasındakı birliyin əhəmiyyətinə toxunan sədr müavini qarşılıqlı səfərlərin münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı roldan danışıb. Bahar Muradova bildirib ki, hər sahədə olduğu kimi, media sahəsində də sıx əməkdaşlıq hər iki ölkənin uğurlarının və problemlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir. Türkiyəli jurnalistlərin Azərbaycana bu səfəri də media sahəsindəki əməkdaşlığın yeni müstəvidə inkişafına şərait yaradacaq.
Qeyd edilib ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidirsə, Ermənistanın Türkiyəyə qarşı əsassız qondarma “soyqırımı” iddiaları da türkləri narahat edən məsələlərdəndir. Biz öz gücümüzü birləşdirib ölkələrimizə qarşı aparılan bu kimi ləkələmə kampaniyaları ilə, şər və böhtanla mübarizə aparmalıyıq. Həm Azərbaycan, həm də Türkiyə regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır.
Bildirilib ki, Azərbaycan və Türkiyə diasporları dünyanın bir çox ölkələrində birgə fəaliyyət göstərərək Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır. Bu da ölkələrimizin birliyinin daha bir bariz göstəricisidir.
Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca ilk dəfə belə böyük tərkibdə Azərbaycanda olduqlarını söyləyib. Bu cür görüşlərin sayının artırılmasının vacibliyini vurğulayan qonaq bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza imkan yaratdığını deyib. O, eyni zamanda, Türkiyə Qəzetçilər Federasiyasının reallaşdırdığı layihələr və qurumun əsas fəaliyyəti barədə məlumat verib.
Gələcək əməkdaşlığa dair məsələlərin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin üzvlərinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

