Siyavuş Novruzov: Süni müxalifət yaratmaq olmaz
07.05.2015 [10:08]
“Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar”. Bunu Modern.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, “Müsavat”, ümumilikdə digər müxalifət partiyaları da fəaliyyətləri dövründə cəmiyyət üçün maraqlı olan hər hansı bir ideya ortaya qoymadığı üçün zəifləyiblər: “Azərbaycan iqtidarı və hökuməti xalqın problemlərinin həll olunması, ölkənin iqtisadi inkişafı, ölkədə ictimai-siyasi sabitliyin yaranması, sosial problemlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması, o cümlədən, regionların sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək olar ki, ortaya çıxan problemlər operativ şəkildə həll olunur. Bu səbəbdən cəmiyyətin digər bir qüvvəyə ehtiyacı qalmır. Təbii ki, o baxımdan da müxalifət partiyalarının fəaliyyəti getdikcə zəifləməlidir.
“Müsavat” daxilində islahatlar aparılmayıb, partiyada daxili demokratiya yoxdur, söz, fikir azadlığına qarşı isə çox kəskin mövqe bildirilir. Hətta üzvlər partiya sıralarından xaric olunur. Eyni zamanda, partiyada saxta seçkilər keçirilir. Bunun nəticəsi olaraq da həmin partiyanın üzvləri istefa verirlər. Rayon təşkilatları isə bütövlükdə istefa verib partiya sıralarından çıxırlar. Artıq Müsavat Partiyasına nə əqidə, nə ideya baxımından inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar. Belə ki, partiya rəhbərliyində struktur dəyişikliyi, kadrların hazırlanması, seçkilərdə iştirak, onların önə çəkilməsi əvəzinə, əksinə, onları qanuna zidd hərəkətlərə yönəldirlər. Köhnədən qalan insanların düşüncəsi elə köhnədir”.
Siyavuş Novruzovun fikrincə, süni şəkildə müxalifət yaratmaq olmaz: “Azərbaycan cəmiyyətində hökumət ilə müsbət ünsiyyətdə olan kifayət qədər müxalif partiyalar var. Hazırda parlamentdə təmsil olunan həmin partiyalar müxtəlif fikirlər, rəylər, obyektiv tənqidlər, o cümlədən, alternativ layihələr irəli sürürlər. Bunun əsasında da müzakirələr aparılır. Görüşdə iştirak etməyən partiyaların perspektivi yoxdur. Hətta həmin partiyaların özlərini belə görüşdə görmək istəməyən kifayət qədər partiyalar var.
İqtidarla ünsiyyətdə olan partiyalar özlərinin əhatəsində kifayət qədər sosial baza toplaya biliblər. Amma digər partiyalar 20-30 ildən qalmış eyni işlər görürlər, eyni fəaliyyət formasında hərəkət edirlər. Ona görə də partiyada heç kim üzvlükdə qalmır. Ən əsası isə gənclər partiyada heç bir perspektiv görmədikləri, onlara meydan verilmədiyi üçün oraya üz tutmurlar. Həmin partiyalar gəncləri ancaq kütləvi aksiyalara, polisə qarşı, vətəndaşların əmlaklarına qarşı zorakılığa səsləyirlər. Nəticə etibarı ilə də gənclər törətdikləri cinayətlərə görə cəza çəkməyə məhkum olurlar. O baxımdan da gənclər görürlər ki, partiyada heç bir perspektiv yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

