/ / Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsi sədrinin konfessiyalararası və sosial-mədəni əlaqələrin qaydaya salınmasına töhfəsini qiymətləndirib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsi sədrinin konfessiyalararası və sosial-mədəni əlaqələrin qaydaya salınmasına töhfəsini qiymətləndirib
30.05.2015 [11:34]
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəyə Rusiya Prezidenti Vladimir Putinin Təşəkkürnaməsini təqdim edib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, səfir qeyd edib ki, şeyxülislam konfessiyalararası əlaqələrin və xalqlar arasında sosial-mədəni əlaqələrin qurulmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Təşəkkürnaməsinə layiq görülüb.
V.Doroxin deyib: “Mənə tapşırılıb ki, sizə bunu elan edim və dövlət mükafatı olan Təşəkkürnaməni təqdim edim. Siz artıq Rusiya Federasiyasının orden və mükafatlarına - “Dostluq” və “Şöhrət” ordenlərinə, habelə I dərəcəli “Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir”, I dərəcəli “Müqəddəs Sergey Radonejski”, Rus Pravoslav Kilsəsinin “Şöhrət və şərəf” ordenlərinə layiq görülmüsünüz.
Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bir çox ölkələr üçün nümunə ola biləcək münasibətlər yaranıb”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə cavab nitqində deyib: “Bu gün çox xoş gündür. 16 xarici mükafatım olsa da, Rusiyanın mükafatları mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Tale elə gətirib ki, biz birlikdə böyük bir yol keçmişik, vaxtilə hamımız üçün ümumi olan bir ölkəni birlikdə qurmuşuq, birlikdə döyüşmüşük, Vətəni müdafiə etmişik. İndi də ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. SSRİ dağıldıqdan sonra Rus Pravoslav Kilsəsinin xaricdə ilk yeparxiyası Azərbaycanda açılıb. Rusiya Federasiyasının mükafatı bir daha təsdiq edir ki, siyasi sərhədlər bizi mənəvi cəhətdən ayıra bilməz.
Ümummilli lider Heydər Əliyev və Vladimir Putin münasibətlərimizə xüsusi status veriblər. Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında münasibətlərin də möhkəm əsası vardır”.
Şeyxülislam Rusiya Prezidenti Vladimir Putinin ona münasibətini xüsusi vurğulayaraq deyib: “Vladimir Putin mənə yüksək etimad göstərir. O, görüşlərimiz zamanı bunu dəfələrlə söyləyib. Mən isə həmişə bu etimadı doğrultmağa çalışmışam”.
A.Paşazadə Dağlıq Qarabağ münaqişəsinin dini qarşıdurmaya çevrilməməsi üçün birlikdə böyük iş apardığı patriarxlar Aleksi və Kirill ilə görüşlərini xatırladıb.
QMİ-nin sədri qeyd edib ki, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu və RF-in Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasında dostluq və etimadın möhkəmlənməsi üçün böyük səy göstərirlər.
A.Paşazadəni mükafat alması münasibətilə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli təbrik ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

