/ / Sevinc Fətəliyeva: Biz çalışmalıyıq ki, reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun
Sevinc Fətəliyeva: Biz çalışmalıyıq ki, reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun
26.06.2015 [10:23]
Bəzi media sahibləri auditoriya, “like” arxasınca qaçaraq çox zaman məlumatların çatdırılmasında etik normalara riayət olunmasını nəzərə almırlar. Müxtəlif ölkələrdə baş verən dəhşətli hadisələrin və onların qurbanlarının dəqiqliklə nümayiş etdirilməsi insanlara, eləcə də ən həssas təbəqəyə, uşaqlara mənfi təsir göstərə bilər. Etiraf etməliyik ki, mediada təqdim olunan bu cür materiallara nəzarət çox zəifdir. Baxmayaraq ki, bu gün media nümayəndələri obyektiv olmağa çalışır, lakin çox zaman onların bəziləri mənfi obrazların, mənfi ideyaların yayılmasına fəaliyyətləri ilə təkan verirlər. Bu, xüsusilə uşaqların psixologiyasına ciddi təsir edir.
Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyasında “Media məsuliyyəti və müasir media mühitində etika” mövzusunda çıxışında söyləyib.
S.Fətəliyeva deyib: “Zəmanəmizin və cəmiyyətin əsas çağırışlarından biri müasir mühitdə uşaqların tərbiyəsidir. Ailə, onu əhatə edən mühit, məktəb və media məkanı kimi faktorlar uşaqların tərbiyəsinə, formalaşmasına təsir edir və böyüyən şəxsin mənəvi inkişafına kömək göstərir. Media resursları uşaqların dünyagörüşündə, dəyər sistemində mühüm rola malikdır. Bu məsələ hər bir ölkənin gündəmindədir. Ənənəvi və müasir informasiya vasitələri insanların şüurunun müəyyən istiqamətə yönəlməsinə təsir edə bilər. Bu nöqteyi-nəzərdən medianın həm müsbət, həm də mənfi təsir gücünün olduğunu etiraf etməliyik. Mənfi hal ondan ibarətdir ki, filmlər, verilişlər, cizgi filmləri vasitəsilə əxlaqsız, qeyri-etik informasiyanın yayılmasını, zorakılığın müxtəlif növlərini görmək olur. Həmçinin bu, müəyyən fobiyaların və stereotiplərin formalaşmasına xidmət edir. Məhz son zamanlar dünyanın müxtəlif guşələrində baş vermiş dini, etnik dözümsüzlük və terrorçuluğun yayılması nəticəsində müsəlmanlar ilə terrorçular arasında analogiyanın yaranmasında medianın böyük günahı var”.
Bildirilib ki, pornoqrafiya, intihar, narkotiklərin qəbuluna həsr olunan bir sıra saytlar mövcuddur. Bəzən terrorçuluğun, radikalizmin, zorakılığın uşaqlara psixoloji travması nəticəsində davranışda da ciddi dəyişikliklər baş verir.
Qeyd olunub ki, cinayət, qumar oyunları, cinsi zorakılığı əks etdirən məqalə və verilişlər uşaqların zehninə təsir edərək onlar üçün “nümunə”vi obraz yarada bilər. Baxmayaraq ki, bu, kiminsə maraqlarına ziddir, medianın fəaliyyətinin məsuliyyət üzərində qurulması məsələsi həll olunmalıdır. Biz çalışmalıyıq ki, reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun.
Xəbər lenti
Hamısına baxHadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10

