/ / Uilyam Leysi Sinq: Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir
Uilyam Leysi Sinq: Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir
04.09.2015 [10:13]
“Azərbaycanda miqrasiya sahəsində yüksək səviyyədə fəaliyyət həyata keçirilir. Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir. Sabitlik və sülhün qorunmasına görə Azərbaycan bütün Avrasiyada nümunəvi ölkədir. Dövlətinizin başçısının dəstəyi olmadan bu sahədə uğur qazanmaq mümkün olmazdı”. AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq ölkəmizə səfərinin yekunlarına dair sentyabrın 3-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Əvvəlcə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfərə gələn Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyətinin iki gün ərzində məhsuldar görüşlər keçirdiyini vurğulayıb. O bildirib ki, görüşlərdə bir çox vacib məsələlər ətrafında fikir mübadilələri aparılıb. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında könüllü qayıdışla bağlı pilot layihənin həyata keçirilməsinə dair razılıq əldə olunub. Yaxın zamanlarda bu layihənin həyata keçirilməsinə başlanacaq.
Cənubi Qafqaza ilk səfərini Azərbaycandan başlamaqdan məmnunluq duyduğunu deyən Uilyam Leysi Sinq ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandığını diqqətə çatdırıb. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr nəticəsində humanitar böhranın, miqrant probleminin yarandığını vurğulayan baş direktor bunun qarşısının alınması üçün lazımi tədbirlərin görülmədiyini qeyd edib. O, rəhbərlik etdiyi qurumun bu problemin həlli ilə bağlı Avropa İttifaqına üzv ölkələrlə mütəmadi müzakirələr apardığını bildirib.
Azərbaycanda uğurlu miqrasiya idarəetməsini, zəngin multikulturalizm və tolerantlıq ənənələrini yüksək qiymətləndirən Uilyam Leysi Sinq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində sosial-iqtisadi sahədə əldə olunan uğurları məmnunluqla qeyd edib. Azərbaycanın bu ilin iyununda birinci Avropa Oyunlarına, mayda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına uğurla ev sahibliyi etdiyini vurğulayan baş direktor 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Baş direktor Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayaraq, respublikamızda onlar üçün yeni salınmış qəsəbələrdən birində yaşayış şəraiti ilə tanış olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasına göstərilən diqqət və qayğı humanitar baxımdan çox müsbət haldır.
Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqranların saxlanılması mərkəzlərində olduğunu və oradakı əcnəbi vətəndaşlarla görüşdüyünü vurğulayan Uilyam Leysi Sinq deyib: “Saxlama mərkəzlərində hər cür şərait yaradılıb. Bir çox ölkədə miqrantların saxlanılması mərkəzlərində olmuşam. Lakin deməliyəm ki, bu, mövcud olan ən yaxşı saxlanılma mərkəzlərindən biridir. Orada saxlanılan şəxslərin bütün ehtiyacları təmin edilib. Mən belə yüksək şəraiti olan saxlanılma mərkəzlərinə görə Azərbaycan Hökumətinə, Dövlət Miqrasiya Xidmətinə minnətdarlığımı bildirirəm. Avropanın digər ölkələrində miqrantların saxlanılma mərkəzləri ilə müqayisə edərək məsləhət görərdim ki, bu məsələdə Bakını nümunə götürsünlər. Gələcəkdə baş verə biləcək miqrasiya probleminə Azərbaycanın hazırlıq səviyyəsi çox yüksəkdir”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

