/ / MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində sonuncu regional seminar Şəkidə keçirilib
MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində sonuncu regional seminar Şəkidə keçirilib
12.09.2015 [11:33]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş sonuncu regional seminar sentyabrın 11-də Şəki şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şəki-Palas” otelinin konfrans zalında keçirilən seminarda respublikamızın şimal-qərb bölgəsində və ətraf rayonlarda fəaliyyət göstərən 15 dairə seçki komissiyasının ekspert qrupunun üzvləri, həmçinin MSK-nın və Avropa İttifaqının təmsilçiləri iştirak ediblər.
Tədbiri MSK-nın üzvü Tofiq Həsənov açaraq seminarın dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatlarının artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün onların fəaliyyətinin təkmilləşdirilməsinə nail olmaq məqsədi daşıdığını bildirib. MSK üzvü bu mövzuda seminarların artıq Bakı, Şirvan və Gəncə şəhərlərində uğurla başa çatdığını diqqətə çatdırıb.
Seminarda Avropa İttifaqının seçki məsələləri üzrə eksperti Sergey Kalçenkonun “Seçkilərlə bağlı müraciətlərə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda təqdimatı olub. Ukraynalı ekspert vurğulayıb ki, demokratik və ədalətli seçkilərin təşkili öhdəliyi hər bir ölkədə hökumətin üzərinə düşür. Azərbaycan və Ukrayna Avropa Şurasının üzvləridir və Avropa İnsan Hüquqları Konvensiyasına imza atıblar. Hər iki ölkə azad və demokratik seçkilərin keçirilməsi ilə əlaqədar üzərlərinə öhdəlik götürüblər.
Ekspert bildirib ki, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir. Çünki seçkilər zamanı şikayətlərə ədalətli baxılması və seçicilərin pozulmuş hüquqlarının bərpası dövlət tərəfindən Avropa Şurası qarşısında götürülən öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsi deməkdir.
Daha sonra seminarda MSK-nın üzvü Tofiq Həsənov və MSK Katibliyinin əməkdaşları “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatlar ediblər.
Seminarda, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları - presedent hüququ, məhkəmə işlərinin araşdırılması, müxtəlif şikayət nümunələrinin nəzərdən keçirilməsi, müvafiq seçki komissiyalarının həmin şikayətlərə dair qərarları ilə tanışlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

