/ / Seymur Orucov: Partiyamızın gəncləri Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdiyi qətnaməni kəskin pisləyirlər
Seymur Orucov: Partiyamızın gəncləri Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdiyi qətnaməni kəskin pisləyirlər
12.09.2015 [11:41]
“Azərbaycanın uğurlu müstəqil siyasət həyata keçirməsi və bunun nəticəsində də böyük uğurlar qazanması müəyyən xarici qüvvələri narahat edir. Bu qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarırlar və daha çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində ölkəmiz haqqında qəbul olunmuş son qətnamə bu faktı bir daha təsdiqləyir”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, Avropa Parlamentində bundan əvvəlki qətnamə ilk Avropa Oyunları ərəfəsində qəbul olunmuşdu. Bu dəfə isə parlament seçkiləri kampaniyası dövründə analoji sənəd qəbul olunub. Onun fikrincə, bütün bunlar anti-azərbaycançı mərkəzlər tərəfindən sistemli, məqsədli şəkildə həyata keçirilir.
“Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bütün dünyanın diqqəti ölkəmizdədir. Azərbaycan demokratik dövlətdir və qarşıdan gələn seçkilərin azad və ədalətli keçiriləcəyi də şübhəsizdir. Azərbaycan dövləti belə bir siyasi iradəni ortaya qoyub. Amma müəyyən xarici qüvvələr seçki amilindən istifadə edərək beynəlxalq aləmdə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. Biz bu təşkilatın bir çox nümayəndələrinin Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilib. Azərbaycan da bu ölkələrin sırasına daxildir. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Azərbaycan Konstitusiyasının üçdəbir hissəsi insan hüquq və azadlıqlarına həsr olunub. Ona görə də Azərbaycanı belə məsələlərdə ittiham etmək ən azı gülüş doğurur”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
YAP Gənclər Birliyinin çoxminli üzvlərinin də bu sənədi kəskin pislədiyini deyən S.Orucovun sözlərinə görə, təşkilat bununla əlaqədar kampaniyaya başlayıb. Belə ki, YAP-ın gəncləri bu qərəzli qətnamə ilə əlaqədar Avropa Parlamentinin prezidenti Martin Şults və qurumun digər üzvlərinin elektron poçtlarına etiraz məktubları göndərirlər. Eləcə də gənclər sosial şəbəkələrdə AP-nin qəbul etdiyi qərəzli kampaniya ilə bağlı etiraz kampaniyalarına başlayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

