/ / İsrailli ekspert: Bu gün Azərbaycan multikulturalizmə, tolerantlığa və dini dözümlülüyə qeyri-adi meyil nümayiş etdirir
İsrailli ekspert: Bu gün Azərbaycan multikulturalizmə, tolerantlığa və dini dözümlülüyə qeyri-adi meyil nümayiş etdirir
18.09.2015 [10:05]
AZƏRTAC-ın xəbər verdiyi kimi, sentyabrın 16-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişafında KİV-lərin rolu” mövzusunda beynəlxalq forum keçirilib.
Beynəlxalq forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş məşhur ekspertlər, həmçinin millətlərarası münasibətlər, multikulturalizm və tolerantlıq problemlərini dərindən öyrənən Azərbaycan jurnalistləri və alimləri iştirak edirdi.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut konfrans iştirakçıları qarşısında “Multikulturalizm, dinlərarası dialoq, tolerantlıq ruhunun əhəmiyyəti və Azərbaycan modeli” paneli çərçivəsində “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” adlı sənədli təqdimatla çıxış edib.
İsrailli ekspert təqdimat çərçivəsində qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi bu ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb. Birinci təsisat millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi olub. Bu vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdulla tutub. İkinci qərara əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Bu Mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təbliğidir. Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanlar təşkil etdiyinə baxmayaraq, bu ölkə həm də müxtəlif dinlərə etiqad edənlərin və müxtəlif etnik qrupların nümayəndələrinin vətənidir. Ta qədim vaxtlardan, Böyük İpək yolu dövründən zəmanəmizə qədər burada milli azlıqlara hörmət və tolerantlıq ölkənin inkişafının əsası olub.
A.Qutun sözlərinə görə, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də vətəndir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. A.Qut deyib: “Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meyil nümayiş etdirir. Ölkədə yəhudi icmasının nümayəndələrinə səmimi və qardaşcasına münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı qeyd etməyə dəyər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada heç vaxt özlərini qərib hiss etməyiblər”.
Ekspertin fikrincə, Sovet İttifaqı dağılan dövrdə Azərbaycanda baş verən hadisələr burada dini və milli tolerantlıq ənənələri üçün ən böyük sınaq oldu. Arye Qut deyib ki, həmin dövrdə ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər, etnik təmizləmə siyasəti həyata keçirərək, bir milyon qaçqın və məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin geniş miqyasda qətlə yetirilməsinə və qovulmasına baxmayaraq, birgəyaşayışın əsas prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti kimi qalırdı. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 23 il keçəndən sonra da Azərbaycan cəmiyyətində dini və etnik qruplar arasında harmoniya qorunub saxlanmaqdadır.
Arye Qut daha sonra deyib: “Mən, İsrailin vətəndaşı və İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasını hərtərəfli dəstəkləyir. Bu il bütün dünya Osvensimin azad edilməsinin 70 illik yubileyini qeyd edib. Mənim babam Sovet Ordusunun zabiti olub. Onun ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilib. Bu il məhz həmin yubiley günündə Bakıda Holokost qurbanlarının beynəlxalq xatirə gününə həsr edilmiş konfrans keçirildi. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəstəyi ilə təşkil edilmiş konfransda mən də iştirak edirdim. Konfransın gedişində mənim azərbaycanlı dostlarım və həmkarlarım faşist rejimi tərəfindən altı milyon yəhudiyə qarşı törədilmiş qəddarlıqları və soyqırımını pislədilər. Konfransda iştirak edərkən mən intuitiv olaraq hiss edirdim ki, azərbaycanlılar yəhudi xalqının ağrısını və əzablarını özlərinin ağrı və əzabları kimi qəbul edirlər. Bu baxımdan mən, İsrail vətəndaşı kimi, yəhudi xalqının nümayəndəsi kimi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsi kimi Azərbaycanın Xocalı şəhərində soyqırımı aktına məruz qalmış Azərbaycan xalqının ağrı-acısını başa düşürəm və bu hisslərə şərikəm.
Xocalıda ağlasığmaz vəhşilik və barbarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Bu kütləvi qırğının qəddar və amansız səhnələri Azərbaycanın qəlbində həmişə sağalmaz yara kimi qalacaq. Tarixi fakt budur ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış səhər sakinlərindən faktiki olaraq heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək misli görünməmiş əziyyətlərə, təhqirlərə və alçaldılmağa məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, bütün bu insanlar azərbaycanlılar idi.
Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları törədilmiş soyqırımın təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətlər doğurur. Dünya ictimaiyyəti Ermənistanın hərbi-siyasi təcavüzünə görə onu ittiham etməlidir”.
Arye Qut özünün sənədli təqdimatı çərçivəsində vurğulayıb ki, İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. İsrailli ekspert deyib: “Millətçi hərbi sərkərdə Dronun (bu adam minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib) başçılıq etdiyi Erməni Legionunun məqsədi faşistlərə “yaramayan” yəhudilərə və başqa xalqların nümayəndələrinə basqın edib onları qırmaq idi. Bununla bərabər, Erməni Legionu əsir düşərgələrində ölüm yürüşləri təşkil edirdi. Bu gün isə “azad Ermənistan” uğrunda bu “mübariz”, qatı antisemit və faşist ölkənin indiki rəhbərlərinə öz ekspansionist planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir rəmz kimi lazımdır. Bəs buna nə ad verəsən ki, yəhudilərin məhv edilməsinin iştirakçısı olmuş bu faşisti erməni tarixinə aid dərsliklərdə qəhrəman kimi təqdim edirlər? Məgər bu, antisemitizmə və faşizmə haqq qazandırmaq cəhdləri deyilmi?!
Bu gün Dro və Njde müasir Ermənistanda kütləvi kult obyektinə çevrilir. Onların “şərəfinə” xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Bir daha vurğulayırıq: bu kult hər hansı marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir - bu əməllərin arxasında Ermənistan dövləti dayanır. Mənim fikrimcə, XX əsrin axırlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədənlər Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın şəxsində məhz erməni generalı Dronun varisləridir. Bu yerdə Serj Sarkisyanın bir frazasını xatırlamaq kifayətdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq - biz bu stereotipi aradan qaldıra bildik”. Bu sözlər açıq-aydın sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı Dronun və Njdenin əsl “layiqli” varisləridir”.
Arye Qut öz sənədli təqdimatı çərçivəsində İsrail vətəndaşı kimi fəxrlə qeyd edib ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə qürur duyur. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir. Arye Qut çıxışının sonunda deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə həyatına qayğı və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə - dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkandır. Bu qəsəbə həqiqətən Azərbaycanın fəxridir. Qırmızı Qəsəbədə gördükləriniz Azərbaycanda dini konfessiyaların - müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Qırmızı Qəsəbə bu gün, bu zalım dünyada müxtəlif dinlərə mənsub olan insanların bir-birini sevə bilməsinə, bir-birinə hörmət edə bilməsinə real və həqiqi nümunədir. Hesab edirəm ki, Qırmızı Qəsəbə yəhudi məskəni Azərbaycanda tolerantlıq və multikulturalizm modeli kimi mövcudluğunu davam etdirəcək. Mənə ikinci bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istərsə xristian dövləti - orada Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Mənim fikrimcə, siz sadəcə olaraq başqa bir belə ölkə tapmasınız”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

