/ / Ölkədə iqtisadi inkişafın, real biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam edəcək
Ölkədə iqtisadi inkişafın, real biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam edəcək
23.10.2015 [10:06]
Prezident İlham Əliyev: Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır
Son illərdə bütün dünyaya nümunəvi sosial-iqtisadi inkişaf modeli təqdim edən Azərbaycan, eyni zamanda, ölkə daxilində ictimai münasibətlərin daha da sağlamlaşdırılması, o cümlədən də respublikamızın getdikcə artan müsbət imici ilə bir araya sığmayan korrupsiyaya və bu kimi digər neqativ hallara qarşı mübarizə sahəsində səmərəli nəticələrin əldə olunmasını hədəfləyib. Təsadüfi deyil ki, son illərdə respublikamızda dövlət orqanlarında, vətəndaş-məmur münasibətlərində neqativ hallara qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı həm siyasi, həm də praktiki müstəvidə ciddi tədbirlər görülüb. Elə bu günlərdə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində idarəetmədə şəffaflığın artırılması, ölkədə iqtisadi inkişafa əngəl törədən mənfi hallara, o cümlədən də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı kifayət qədər prinsipial mövqe nümayiş etdirib. Dövlət başçısının iclasda ifadə etdiyi fikirlər ölkəmizdə iqtisadi inkişafın, real biznes mühitinin təhdid edilməsinə, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına qarşı mübarizənin bundan sonra da qəti şəkildə davam etdiriləcəyinə güclü siyasi iradənin olduğunu təsdiqləyir.
Mükəmməl antikorrupsiya platforması ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin səmərəliliyini təmin edir
Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, bu sahədə institusional və sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib.
Ölkədə yaradılan mükəmməl antikorrupsiya platforması rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyini təmin edir. Bunu cari ilin 9 ayında korrupsiya ilə mübarizə sahəsində əldə olunan uğurlar bir daha təsdiqləyir. Bəhs olunan dövrdə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə əsasən nəqliyyat, tikinti və bank sektoruna aid 5108 müraciət daxil olub. Ötən 9 ayda 224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israfetmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvətalma, 10 şəxs barəsində 6 iş isə rüşvətvermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub. İlin əvvəlindən bəri məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Mənfi hallara qarşı sistem xarakterli tədbirlər davam etdirilməlidir
Yuxarıda sadalanan faktlar Azərbaycanda iqtisadi inkişafın, real biznes mühitinin təhdid edilməsinə, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına, o cümlədən də korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini və ölkə əhalisi tərəfindən dərin rəğbətlə qarşılanan bu mübarizənin dönməz xarakter aldığını təsdiqləyir. Ancaq son illərdə ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə genişləndirilsə də, ictimai münasibətlərdə və idarəetmədə hələ də arzuolunmaz və ümumi inkişafımıza maneçilik törədən mənfi hallara rast gəlinir. Prezident İlham Əliyev ölkəmizdə qeyd olunan neqativ təzahürlərin qarşısının alınmasından məmnunluğunu ifadə etməklə yanaşı, belə hallara qarşı daha kəskin mübarizə aparılmasının zəruriliyini gündəmə gətirib. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması, çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblərin irəli sürülməsi kimi mənfi halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizə aparılmalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır”.
Bütün dövlət qurumları “ASAN xidmət”in müsbət təcrübəsindən nəticə çıxarmalıdırlar
Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa imkan verib. Qısa müddətdə ölkəmizdə vətəndaşların məmnuniyyətlə üz tutduqları “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferası əhəmiyyətli dərəcədə genişlənib. Artıq respublikamızda paytaxt Bakı ilə yanaşı, Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə də “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmçinin digər bölgələrimizdə də belə mərkəzlərin yaradılması istiqamətində intensiv iş aparılır.
Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə də şəffaflığın təmin olunmasında, bürokratik əngəllərin, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasında mükəmməl mexanizmə çevrilib. Burada süründürməçilik və bürokratiya halları yoxdur, vətəndaşların müraciətlərinə operativ qaydada baxılması yüksək səviyyədə təmin olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Təsadüfi deyil ki, bu mərkəzlərə müraciət edənlərin sayı durmadan artır. Fəaliyyətə başladığı vaxtdan indiyədək ölkədə 6 milyon insan “ASAN xidmət”ə müraciət edib. Bura üz tutan insanların mütləq əksəriyyəti isə onlara göstərilən xidmətin səviyyəsindən razılıqlarını ifadə ediblər.
“ASAN xidmət” mərkəzlərinin müsbət təcrübəsi onu deməyə əsas verir ki, ölkədə korrupsiya və rüşvət kimi mənfi halların qarşısını almaq mümkündür. Prezident İlham Əliyev digər dövlət orqanlarının da bu müsbət təcrübədən bəhrələnməli olduqlarını nəzərə çatdıraraq deyib: “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir”.
Sahibkarların əsassız yerə incidilməsi dözülməz haldır
Məlumdur ki, Azərbaycan liberal bazar iqtisadiyyatı yolu tutub və məqsədyönlü siyasət sayəsində ümumi daxili məhsul istehsalında, ölkənin maliyyə imkanlarının genişlənməsində və bu əsasda genişmiqyaslı sosial istiqamətli layihələrin həyata keçirilməsində ciddi uğurlara imza atıb. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz daha böyük uğurlar əldə edə bilərdik: “Görün nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı, gör biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.
Həqiqətən də, bütün bu kimi hallar Azərbaycanın müsbət imicinə xələl gətirməklə yanaşı, eyni zamanda, ölkənin iqtisadi inkişafına bu və ya digər dərəcədə əngəl yaradır. Etiraf olunmalıdır ki, respublikamızda bu və ya digər iqtisadi fəaliyyət növünə verilən xüsusi razılıqların - lisenziyaların sayı zərurət olmadığı halda artırılıb, ayrı-ayrı dövlət və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlıq subyektlərində əsassız yoxlamalar həyata keçirilir. Bir sıra hallarda sahibkarlar incidilirlər, onların qarşısında korporativ, maddi maraqlar daşıyan tələblər qoyulur. Yoxlayıcı təşkilatlar sanki sahibkarların mənafelərini tapdamaq üçün bir-birləri ilə rəqabət aparırlar. Bütün bu reallıqları dilə gətirən Prezident İlham Əliyev bunun dözülməz olduğunu bildirib: “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Sahibkarların, vətəndaşların mənafeyinə zidd olan əməllərin qarşısı alınmalıdır
Dövlət başçısı sahibkarlara qarşı əsassız tələblər irəli sürənlərə, beləliklə də, ölkənin iqtisadi inkişafına mane olanlara qarşı sərt mübarizənin başlanacağının anonsunu verib. Belə halların ölkədə həyata keçirilən dövlət siyasətinə zidd olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu kimi əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar: “Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə, bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər”.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasından sonra Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bundan başqa, dövlət başçısı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalayıb.
Eyni zamanda, son günlərdə ölkədə qanunçuluğun möhkəmləndirilməsi, neqativ əməllərdə, sahibkarların və vətəndaşların qanunla qorunan hüquq və mənafelərini pozmaqda şübhəli bilinən yüksəkvəzifəli məmurların cəzalandırılması istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib.
Həyata keçirilən bu kimi sərt tədbirlər bir daha təsdiqləyir ki, ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı sərt mübarizə başlayıb və belə hallara yol verənlər kimliyindən, tutduğu qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaqlar.
MTN əməkdaşlarının cəzalandırılması bir daha göstərdi ki, Prezident Öz qərarında qətidir və qanunu pozan heç kəsə güzəşt olmayacaq
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkədə sahibkarlığın inkişafına mane olan neqativ halların aradan qaldırılması ilə bağlı nümayiş etdirdiyi siyasi iradənin ardından ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsi təsadüfi deyil. Qeyd olunduğu kimi, dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmalarından və onlara qarşı qanunsuz tələblər irəli sürmələrindən narazıdırlar.
Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurub, bununla da ümumilikdə cəmiyyətin və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etmələri, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.
Beləliklə, milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevin Öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

