/ / “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
“Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
12.02.2016 [10:02]
Fevralın 11-də Bakı şəhərinin Qaradağ rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq mühafizə orqanlarının nümayəndələri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransın əhəmiyyətindən danışaraq, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən icra başçısı bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib. O, Ulu öndər Heydər Əliyev tərəfindən praktik olaraq dövlət siyasəti kimi tətbiq edilən azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin də yer aldığını vurğulayıb. Ölkəmizdə müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən komitə sədri xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib.
Mübariz Qurbanlı vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, hətta bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər.
Mübariz Qurbanlı deyib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Bu, bizim nailiyyətimizdir ki, Azərbaycan xalqı digər millətlərlə, xalqlarla düşmənçilik hissi ilə yaşamır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan M.Qurbanlı qeyd edib ki, bununla bütün dünyaya Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir olan bir xalq olduğunu bir daha nümayiş etdirəcəyik.
Daha sonra konfrans işini rayon gənclərinin iştirakı ilə panel formatında davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik”, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Multikultural cəmiyyətdə gənclərin yeri və rolu”, DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov “Azərbaycanda multikultural mühit və ona qarşı təhdidlər” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

