AHİK-in sədri Pan Avropa Regional Şurasının iclasında iştirak edib
17.02.2016 [10:01]
Fevralın 16-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Pan Avropa Regional Şurasının (PARŞ) yeni seçilmiş rəhbərliyinin ilk iclası keçirilib.
İclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, BHİK-in vitse-prezidenti və PARŞ-ın yeni seçilmiş vitse-prezidenti Səttar Mehbalıyev məruzə ilə çıxış edib. Bu barədə AZƏRTAC-a AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səttar Mehbalıyev məruzəsində Pan Avropa Regional Şurasının fəaliyyətindən danışaraq deyib ki, yarandığı dövrdən bəri bu qurum BHİK-in regiondakı üzv təşkilatlarına, postsovet məkanının həmkarlar ittifaqları mərkəzlərinə hər cür dəstək göstərib. Birgə keçirilən beynəlxalq konfranslar, seminarlar, treninqlər həmkarlar ittifaqı kadrları və fəalları üçün əsl məktəb olub. PARŞ-ın növbəti mərhələdə fəaliyyətinə gəlincə, bu sahədə irəli sürəcəyimiz təkliflərə 3 mövqedən yanaşmaq istərdik: birincisi, Pan Avropa Regional Şurasının Beynəlxalq Əmək Təşkilatı (BƏT), Avropa sosial institutları, Avropa Şurası, Avropa İttifaqı və digər qurumlarla qarşılıqlı fəaliyyəti, ikincisi, PARŞ-ın üzv təşkilatlarla birgə əsas funksiyalarının təşkili və həyata keçirilməsi, üçüncüsü, nəzərdə tutulan tədbirlərin keçirilməsində və müvafiq qərarlar qəbul edilməsində üzv təşkilatların tələblərinin və maraqlarının nəzərə alınması.
AHİK sədri bildirib ki, Pan Avropa Regional Şurası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətlərini rəhbər tutaraq aşağıdakı problemləri öz işində prioritet saymalıdır. Yəni, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının ratifikasiyasını, tətbiqini, realizə olunmasını diqqət mərkəzində saxlamalı, BƏT qurumları ilə əlaqələri genişləndirməli, miqrasiya problemlərinin həllinin ədalətli prinsiplərini müəyyən etməli, regional problemlər üzrə razılaşdırılmış proqramlar hazırlamalı, PARŞ-ın konfliktli ölkələr üzrə prinsipial mövqeyini müəyyən etməli, Avropa İttifaqı və Avropa Şurası ilə əlaqələr yaratmalı və onlarla birgə fəaliyyətin gələcək istiqamətlərini müəyyən etməli, gənclərin məşğulluğu ilə, onlar üçün layiqli iş yerləri yaratmaq, təhsili və maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək, qaçqınların bütün dünyanı narahat edən sosial-iqtisadi hüquqlarının müdafiəsinə diqqət yetirmək, gənc həmkarlar ittifaqı liderlərinin hazırlanması, gender bərabərliyinin təmin edilməsi məsələlərini daim diqqətdə saxlamaq, bu problemlər üzrə ekspertlər hazırlanması və onlardan istifadə sisteminin tətbiq edilməsi, transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması məqsədilə onlarla iş aparılması, 2016-2020-ci illərdə nəzərdə tutulmuş proqramların həyata keçirilməsində Pan Avropa Regional Şurasının üzv təşkilatlarının təkliflərinin nəzərə alınması və s. problemlər prioritet sayılmalıdır.
Qurumun iclası bu gün öz işinə yekun vuracaq.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17

