/ / Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq müzakirə edilib
Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq müzakirə edilib
03.03.2016 [10:11]
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramil Usubov strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu qeyd edib. Nazir Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini, Pakistanın müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.
Ramil Usubov qonağa ölkəmizdə mövcud kriminogen durum barədə məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Nazir cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb.
Dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsində beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıqla, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində əməkdaşlığa dair imzalanmış hökumətlərarası iki sazişin əhəmiyyətini vurğulayıb. Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən Ramil Usubov 2012-ci ilin noyabrında İslamabadda keçirilmiş “Narkotiklərlə mübarizə üzrə strategiyalar” adlı regional konfransda iştirakını, Pakistanın rəsmi şəxsləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini məmnunluqla xatırladıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd edilib.
Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən general Rəşad Mahmud dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu önə çəkib. O, xüsusilə son iki ildə bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.
Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, dini ekstremizmə qarşı birgə mübarizənin zəruriliyini nəzərə çatdıran general Rəşad Mahmud hər iki tərəfdən müsbət təcrübənin öyrənilərək tətbiq olunmasının, Azərbaycan ilə Pakistan arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

