Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

31.03.2016 [11:19]

Milli Məclisin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Eldar İbrahimov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, sənədin “Bu məcəllənin pozulmasına görə məsuliyyət” adlı 110-cu maddəsi yeni redaksiyada veriləcək. Edilən dəyişikliyə əsasən, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. E.İbrahimov qanun layihəsinin vacibliyindən danışaraq diqqətə çatdırıb ki, bu sənədin qəbulu torpaqların qanunsuz tutulmasının qarşısını alacaq.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2015-ci il 23 noyabr tarixli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq hazırlanıb.
Çıxış edən deputatlar dəyişikliyin zəruriliyini qeyd ediblər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30