/ / Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrinə, mülki əhaliyə böyük maddi və mənəvi ziyan dəyib
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrinə, mülki əhaliyə böyük maddi və mənəvi ziyan dəyib
06.04.2016 [09:54]
Bu kimi faktlar işğalçı ölkənin beynəlxalq hüquqa hörmət etmədiyini, onun cinayətkar mahiyyətini bir daha nümayiş etdirir
Son günlərdə işğalçı Ermənistanın qoşunların təmas xəttində bir neçə istiqamətdə növbəti dəfə təxribatlara əl atmasından və vəziyyəti gərginləşdirmək cəhdlərindən ən çox əziyyət çəkən cəbhə bölgəsində yaşayan mülki əhalidir. Xəbər verildiyi kimi, iyirmi ildən artıq müddətdə respublikamıza qarşı elan olunmamış müharibə aparan, havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal altına alan, 1 milyondan artıq soydaşımızı doğma ev-eşiyindən didərgin salan Ermənistanın cari il aprelin əvvəlindən cəbhə bölgəsində atəşkəs rejimini pozaraq növbəti dəfə təxribatlar törətməsinin qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Milli Ordunun bölmələri qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışan düşmənə sarsıdıcı zərbələr vurmağa nail olub. Ermənilər canlı qüvvə və texnika sarıdan itkilərinin əvəzini çıxmaq üçün cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini belə intensiv atəşə tuturlar və bu zaman iriçaplı silahlardan, o cümlədən də minaatanlardan və qumbaraatanlardan istifadə edirlər. İşğalçı Ermənistan ordusunun təxribatları nəticəsində çoxlu sayda ev, məktəb, digər sosial obyektlər dağıdılıb, dinc sakinlər həlak olub. Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda aprelin 2-də ermənilər tərəfindən törədilən növbəti təxribat və diversiya aktları nəticəsində qanlı cinayət əməllərinin törədildiyi, mülki əhali arasında həlak olanların və yaralananların olduğu vurğulanıb. Bəhs olunan birgə məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə atəş açması nəticəsində 2 dinc sakin həlak olub, 10 nəfər yaralanıb. Bundan başqa, düşmənin törətdiyi diversiya aktları zamanı mülki əhaliyə böyük maddi və mənəvi ziyan dəyib.
Bu məqamda vurğulayaq ki, işğalçı Ermənistan Azərbaycanın xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada dayandırmaq barədə təşəbbüslə çıxış etməsinə də məhəl qoymayaraq gərginliyi artırmaq cəhdlərini sonrakı günlərdə də davam etdirib. İşğalçı Ermənistan ordusunun cəbhəboyu və təmas xəttindən aralıdakı yaşayış məntəqələrimizə iriçaplı silahlardan zərbələr endirməsi heç bir sağlam məntiqə, humanizm prinsipinə sığmır. Məsələn, Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb. Ağdam rayon Prokurorluğunun və rayon Polis Şöbəsinin birgə məlumatında bildirilir ki, həmin gün saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş üç mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası alaraq hadisə yerində dünyasını dəyişib, 30-dək qoyun-quzu tələf olub. Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində isə kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində isə kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
İşğalçı Ermənistan ordusu təmas xəttinin digər istiqamətlərində də bu qəbildən olan əməllərini davam etdirir. Ermənilərin son günlər Tərtər rayonunu top atəşinə tutması nəticəsində 160 evə ziyan dəyib. Zədələnən evlərin bir çoxu tamamilə yararsız hala düşüb. Həsənqaya kəndinə atılan mərminin partlaması isə 2000-ci il təvəllüdlü Tünarə Həsənovanın həyatına son qoyub. O, çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində dünyasını dəyişib. Ümumiyyətlə, Ermənistan ordusunun təxribatı nəticəsində cəbhə xəttində başlayan gərginlik müddətində Tərtərdə 3 mülki şəxs həlak olub, 6 sakin yaralanıb. Rayon mərkəzi, ətraf kəndlər daim ermənilərin atəş hədəfindədir. Aprelin 2-dən 4-dək erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx kəndində 35, Azad Qaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8 evə, cəmi 155 yaşayış evinə ziyan dəyib. 16 ev tamamilə dağılıb, 139 ev zədələnib. Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndinin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində yaralanan kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. Yeri gəlmişkən, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bərdə Müalicə-Diaqnostika Mərkəzinə gələrək Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində saxlanıldığını bildirib.
Cəbhə bölgəsində işğalçı Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, sakinlər arasında böyük ruh yüksəkliyi yaşanır. İnsanlar son günlərdə təmas xəttində ordumuzun bölmələrinin ermənilərin təxribat cəhdlərinin qarşısını qətiyyətlə almalarını, düşmənin canlı qüvvəsini və texnikasını darmadağın etməsini, strateji əhəmiyyətli bir neçə yüksəkliyi ələ keçirməsini böyük qələbənin başlanğıcı kimi dəyərləndirirlər. Onlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Ordumuza güvəndiklərini bildirirlər. Bu günlərdə Ağdamda, Tərtərdə, Bərdədə keçirilən ümumrayon toplantılarında vurğulanıb ki, cəbhəyanı kəndlərdə yaşayan əhalinin Ali Baş Komandana və orduya olan inamının, etibarının nəticəsidir ki, əhali yaşayış yerini tərk etmir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

