“The Hill”: Ermənistan və Azərbaycan: regional müharibə başlanırmı?
29.04.2016 [09:56]
ABŞ -da çıxan “The Hill” qəzetində İsrailin aparıcı Analitika Mərkəzinin beynəlxalq kommunikasiyalar şöbəsinin direktoru, “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru Maayan Caffe-Hoffmanın “Ermənistan və Azərbaycan: regional müharibə başlanırmı?” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistan ilə Azərbaycan arasında münaqişənin 2016-cı ilin aprelində eskalasiyasından və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda yerləşən Ermənistan qüvvələrinin təcavüzündən danışılır. Oxucuya Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təqdim edən müəllif yazır ki, Azərbaycan ərazilərinin 20 faizi 1994-cü ildən Ermənistan tərəfindən işğal edilib və bu təcavüz nəticəsində bütövlükdə bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qovulub. M.Caffe-Hoffman qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü özünün 822, 853, 874, və 884 saylı qətnamələrində təsdiq edib. O vurğulayıb ki, təmas xəttində ermənilərin Azərbaycan mövqelərinə hücumu Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri zamanı başlayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Vitse-prezident C.Bayden və dövlət katibi C.Kerri ikitərəfli münasibətlərin möhkəmlənməsini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. Liderlər, həmçinin energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsi, enerji təhlükəsizliyi və şaxələndirmə məsələlərini müzakirə ediblər. Daha sonra müəllif Ermənistanın siyasi müstəqilliyini itirməsindən və bu ölkənin satellitə çevrilməsindən yazıb.
M.Caffe-Hoffman sonda yazır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasının, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmalarının həyatının normallaşdırılmasının və Ermənistanın regiona yenidən inteqrasiyasının vaxtı çatıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

