“Azadlıq” qəzeti Serj Sarkisyanı reklam edir
04.08.2016 [09:59]
Əli Kərimlinin nəzarətindəki qəzet tirajlamağa çalışdığı yalanları ilə aprel döyüşlərində Vətənin azadlığı uğrunda canını vermiş şəhidlərimizin ruhunu təhqir edir
Sirr deyil ki, Azərbaycan dövlətinin ildən-ilə güclənməsi, qüdrətlənməsi, Cənubi Qafqaz regionunun aparıcı dövləti, eləcə də mühüm tərəfdaş qismində qəbul edilməsi ölkəmizi sevənləri sevindirdiyi qədər, dövlətimizə qarşı kin bəsləyənləri, düşmən kəsilənləri narahat edir. Məhz bu narahatlıqdan irəli gələrək həmin ermənipərəst dairələr, o cümlədən bu dairələrə “nökərlik” edən bəzi zümrələr fürsət düşdükcə uğurlarımızı qaralamağa çalışır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düşmən mənafeyinə xidmət göstərən fikirlər səsləndirir, dövlətimizin imicinə zərbə vurmağa cəhd edir.
Bu baxımdan, Azərbaycanda azad sözün inkişafına yaradılan şəraitdən sui-istifadə edən, ermənipərəst təbliğatına bir an da olsun ara verməyən, mənfur düşmənlərimizlə eyni yolun yolçusuna çevrilən AXCP sədri Əli Kərimli və onun nəzarətindəki “Azadlıq” qəzeti növbəti dəfə öz kimliyini Azərbaycan cəmiyyətinə göstərib. Belə ki, Ermənistanda baş verən siyasi gərginliklərdən çıxılmaz vəziyyətə düşən, silahlı qarşıdurmaların önünü kəsə bilməyən hərbi xunta başçısı Serj Sarkisyanın isterik bəyanatını özünəməxsus şəkildə şərh edən və onun təbliğatçısı qismində çıxış edən “Azadlıq” qəzeti bir daha özünü ifşa edir.
Məlum olduğu kimi, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu, eləcə də bu ilin aprel ayında Silahlı Qüvvələrimizin düşmən təxribatlarına layiqli cavab verməsi, işğal altında olan bəzi torpaqlarımızı azad etməsi Ermənistanın hərbi xunta başçısını əməlli-başlı qorxudub. Məhz bu isterikadan irəli gələrək Sarkisyan özünü qorumaq üçün bütün yollara əl atır, Ermənistan xalqını aldatmaq, öz hakimiyyətinin ömrünü uzatmaq üçün yalanlar danışır. Qeyd edək ki, bu ilin aprelindən sonra istər hərb meydanında, istərsə də beynəlxalq münasibətlər sistemində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə baxış ölkəmizin xeyrinə dəyişib və artıq Azərbaycanın qəti addımlar atmağa hazır olduğu hər kəsə bəllidir. Eyni zamanda, bir sıra beynəlxalq güclər artıq Ermənistan hərbi xuntasının başçısını qoruya bilmir. Necə deyərlər, Sarkisyan dalana dirənib...
Amma “Azadlıq” qəzetinin Sarkisyanın reklamı ilə məşğul olması, onu “qorumaq” üçün yenidən şər-böhtana əl atması növbəti dəfə hər kəsə bəlli olan bir faktı təsdiqləyir - bu sifariş ermənipərəst dairələrdən gəlib və bu qəzet düşmənlərlə eyni zindana çəkic vurmaqda davam edir. Qeyd etdiyimiz kimi, istər ölkəsinin daxilində, istərsə də beynəlxalq aləmdə çıxılmaz vəziyyətdə olan, Ermənistan daxilində yaratdığı avtoritar idarəçiliyin sonu yetişmiş Sarkisyana havadarlıq edən, onu “qəhrəman” imicində təqdim etməyə niyyətlənən Əli Kərimlinin nəzarətindəki qəzet tirajlamağa çalışdığı yalanları ilə aprel döyüşlərində Vətənin azadlığı uğrunda canını vermiş şəhidlərimizin ruhunu təhqir etmiş olur. Bundan başqa, “Azadlıq” qəzeti Sarkisyan kimi bir cinayətkarın yalanlarını özünəməxsus şəkildə reklam etməklə, Xocalı soyqırımına rəhbərlik edən birisini qorumağa çalışmaqla doğma yurd-yuvalarından didərgin salınan bir milyona yaxın soydaşımızın hisslərinə toxunur.
Bəli, Azərbaycan haqqında deyilən bir kəlmə xoş sözü dilə gətirməyə belə qısqanclıqla yanaşan bu qəzet hər addımda məhz ermənilərin “qazanının aşı”na çevrilir. Çünki istər Sarkisyan, istərsə də “Azadlıq” qəzeti eyni məqsədə xidmət göstərir: Azərbaycanın imicinə beynəlxalq aləmdə qara yaxmaq məqsədinə... Ermənilərlə eyni yolda “tər tökmək” sanki AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib. Bunu biz yox, əlahəzrət faktlar deyir... İstər Əli Kərimli, istərsə də onun nəzarətində olan bu mətbu rupor dünya erməniliyinin danışan dilinə çevrilib.
Pərviz
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59

