Ərəstun Mehdiyev: Türkiyə baş nazirinin səfəri bütün şübhələri aradan qaldırdı
15.05.2009 [21:02]
Onun sözlərinə görə, baş nazir R.T.Ərdoğan Azərbaycana səfəri zamanı Türkiyənin qəti mövqeyini ifadə edib: “Rəcəb Tayyib Ərdoğan Bakıda keçirdiyi bütün görüşlərdə, o cümlədən mətbuat konfransında Azərbaycan ictimaiyyətini maraqlandıran suallara aydın cavab verib. İki ölkə arasında qarşılıqlı mənafelərin yüksək səviyyədə qorunması prioritet məsələ kimi qeyd olunub və Azərbaycanın işğal olunan əraziləri azad edilməyincə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmayacağını bildirilib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, artıq heç bir şübhə, başqa fikir, möhtəkirlik üçün yer qalmadı”, - deyən Ə.Mehdiyevin fikrincə, əldə olunmuş nəticələr Azərbaycan tərəfinin böyük razılığına səbəb olub.
Ə.Mehdiyev “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun yaradılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin fondun yaradılması ilə əlaqədar müvafiq fərmanına əsasən iki ay müddətində bu istiqamətdə işlər görülüb başa çatdırılmalıdır: “Dövlət başçısı Prezident Administrasiyasına tapşırıb və Mətbuat Şurasına tövsiyə edib ki, iki ay müddətində Fondun Müşahidə Şurasına namizədlərlə bağlı Azərbaycan Prezidentinə təkliflər versinlər. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.
O, əlavə edib ki, Fondun Müşahidə Şurasına namizədlər KİV və jurnalist təşkilatlarının sırasından seçiləcək. 3 nəfər isə dövlət qurumlarının nümayəndələrindən təyin olunacaq.
Ə.Mehdiyev Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinə də münasibət bildirib: “Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin meyarları müəyyənləşdirilməlidir. ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün lazımi şərait yaradılmasına baxmayaraq, onların çoxunun siyasi və intellektual potensialı, praktiki iş təcrübəsi səmərəli siyasi fəaliyyət göstərməyə kifayət etmir. Bu gün Azərbaycanda 52 siyasi partiya dövlət qeydiyyatından keçib, ancaq onların bir çoxu faktiki olaraq fəaliyyət göstərmirlər və ya siyasi fəaliyyətin imitasiyası ilə məşğuldur. Buna görə də ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılması düzgün deyil. Beynəlxalq təcrübəyə uyğun olaraq onların parlament seçkilərində göstəriciləri - səslərin sayı, qazanılmış mandat əsas meyar rolunu oynaya bilər. Prezident seçkilərinin də nəticələri nəzərə alına bilər. ümumilikdə, dövlətin siyasi partiyalara maliyyə dəstəyi siyasi sistemin inkişafında mühüm rol oynayacaq”.
Xəbər lenti
Hamısına baxElanlar
21 İyul 16:33
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58

