Türkiyə və Azərbaycanın milli maraqları qarşılıqlı münasibətlərin inkişafını şərtləndirir
16.05.2009 [14:21]
Politoloqun sözlərinə görə, məlum səfər Ermənistanı da bir daha düşünməyə məcbur etdi: “Türkiyə sərhədləri açmayacaq. Ermənistan ayrı çıxış yolları haqqında düşünməlidir”.
Millət vəkili, politoloq Aydın Mirzəzadə də hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Bakıda verdiyi bəyanatlar Türkiyə ilə münasibətlərimizi korlamağa çalışan və bölgədə maraqlı olan qüvvələrin planlarını darmadağın etdi: “Ermənistanla sərhədlərin açılması məsələsi, əslində, regionda maraqlı olan və münasibətlərimizi pozmağa çalışan qüvvələr tərəfindən ortaya atılmışdı. Və bu məsələ ilə bağlı müxtəlif spekulyasiylar edildi. Lakin baş nazirin səfəri zamanı müzakirə olunan məsələlər, eləcə də, əldə olunan razılaşmalar göstərdi ki, bu münasibətlər hər iki dövlət üçün vacib əhəmiyyət kəsb edir və hər iki tərəf bunu çox gözəl anlayır”. Ərdoğanın Qarabağ münaqişəsi ilə bağlı Bakıda verdiyi sərt bəyanatlarını Ermənistana xəbərdarlıq kimi dəyərləndirən A.Mirzəzadə bunun müsbət nəticələrə səbəb olacağını düşünür: “Güman edirdilər ki, Türkiyə öz mövqeyində dəyişiklik edəcək. İşğalçı Ermənistan buna böyük ümid bəsləyirdi. Lakin belə olmadı. Ona görə də, Ermənistan bunlardan nəticələr çıxarmalıdır”.
Millət vəkilinin fikrincə, Türkiyə və Azərbaycan bir daha sınaqdan çıxmaqla, münasibətlərinin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirdilər.
Politoloq Elman Nəsirlinin sözlərinə görə, Türkiyə baş nazirinin Azərbaycana səfəri əvvəlki səfərlərdən xeyli fərqli olmaqla 3 əsas məqama aydınlıq gətirdi: “Türkiyənin Ermənistanla yaxınlaşmasının arxasında nə durur? İkincisi, Türkiyənin Qarabağ məsələsi ilə bağlı mövqeyi. üçüncüsü, enerji məsələləri ilə bağlı yaranmış problemlər”.
İlk iki məsələ ilə bağlı baş nazirin verdiyi bəyanatların xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən E.Nəsirli enerji məsələləri ilə bağlı razılaşmaları da yüksək qiymətləndirir: “Bakı müzakirələri zamanı bu məsələdə razılığın əldə olunmasını və baş nazirin özünü indiki şəraitdə qazın min kubmetrinin 120 dollara satılmasının doğru olmadığını etiraf etməsi tərəflərin bir-biri ilə tam anlaşıldığından xəbər verir”.
Səfərin ölkələrarası münasibətlərdə yeni bir mərhələ açdığını söyləyən E.Nəsirli indiki məqamda hər iki ölkənin eyni mövqedən çıxış etməsinin mühüm əhəmiyyət daşıdığını deyir: “Bir millətin iki dövlətinin maraqları bir-birini tamamlayır. Ona görə də, Bakı və Ankaranın həmişə isti münasibətdə olması zəruridir. Ərdoğanın Azərbaycan səfərində Türkiyənin də bu reallığı başa düşdüyü və buna uyğun siyasət yeritməyə çalışdığı aydın oldu”.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

