Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan nümayəndə heyəti İsrailin keçmiş Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti İsrailin keçmiş Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edib

01.10.2016 [12:45]

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətinin doqquzuncu Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Yerusəlim şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, mərasim zamanı Baş nazirin müavini Elçin Əfəndiyev İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşərək Şimon Peresin vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Hökuməti adından İsrail Dövlətinə başsağlığı verib.
Baş nazirin müavini Elçin Əfəndiyev mərhumun beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə beynəlxalq ictimaiyyət qarşısındakı xidmətlərini, eləcə də Azərbaycan və İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfələri xüsusilə qeyd edib.
Baş nazirin müavini Elçin Əfəndiyevi müşayiət edən Azərbaycan nümayəndə heyətinin tərkibinə deputat Yevda Abramov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digər rəsmi şəxslər daxildir.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30