/ / Azərbaycanlı deputat Avropa Şurasını Roma Papasının qaçqınlarla bağlı çağırışına səs verməyə dəvət edib
Azərbaycanlı deputat Avropa Şurasını Roma Papasının qaçqınlarla bağlı çağırışına səs verməyə dəvət edib
11.10.2016 [10:11]
Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının birinci iş günündə ənənəvi olaraq keçirilən və həmişə aktuallığı ilə diqqəti cəlb edən növbəti sualların cavablandırılması saatı baş tutub. Deputatların suallarını cavablandıran Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun da qaldırdığı məsələyə münasibət bildirib. Roma Papası Fransiskin oktyabrın əvvəlində Azərbaycana səfəri zamanı ölkəmiz haqqında xoş sözlərini xatırladan deputat Rafael Hüseynov Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış qaçqın və məcburi köçkünlər ordusu ilə bağlı Vatikanın ali təmsilçisinin səmimi narahatlığını da Assambleya üzvlərinin diqqətinə çatdırıb.
Rafael Hüseynov Avropa Şurasının baş katibinə sualla müraciət edərək deyib: “Bir həftə əvvəl zati-müqəddəsləri Roma Papası Fransisk Bakıda səfərdə idi və o, ədalətli, mərhəmətli böyük bir din xadimi olaraq Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, güclü inkişafdan, dünya üçün bir tolerantlıq nümunəsi olmasından bəhs etməklə yanaşı, ağır dərdimizi də unutmadı. Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınaraq qaçqına və məcburi köçkünə çevrilmiş 1 milyondan çox insanın faciəsinə münasibət bildirib, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk edən, əziyyət çəkən bu insanlara qəlbən yaxınlığını ifadə edib. Roma Papası arzu edib ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı lazımi yardımını daim göstərsin. Papa Fransisk, eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıb.
Roma Papasının bu müraciəti həm də bilavasitə baş katib sizə və Avropa Şurasına yönələn çağırışdır. Yenə həmişəki kimi Minsk qrupunu səbəb gətirərək kənara çəkilmək əvəzinə problemin həlli üçün imkanınızda olan vasitələrdən istifadə edərək işğalçı olduğunu rəsmi qətnamələrinizdə də təsdiqlədiyiniz Ermənistana nəhayət ki, təsir və təzyiq göstərəcəksinizmi?”
Avropa Şurasının baş katibi R.Hüseynovun sualını cavablandıraraq bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlanılır. O, 2016-cı ildə birinci hesabatında da, son məruzəsində də bu ağrılı məsələyə ayrıca yer verdiyini bildirib. Baş katib insan haqlarına dair Avropa Konvensiyasının əsas sənəd olduğunu və həmin Konvensiyanın tələbləri çərçivəsində qaçqın və məcburi köçkünlərin bütün hüquqlarının təmin edilməsinə çalışdıqlarını qeyd edib. Bildirib ki, Konvensiya universal xarakterli bir sənəddir və qitənin bütün nöqtələrində yaşayan insanların haqlarını qorumağı hədəf götürüb. T.Yaqland deyib: “Ona görə də bir daha bəyan edirəm ki, qaçqın və məcburi köçkünlərin hüquqları uğrunda mübarizə bundan sonra da mənim fəaliyyətimdə başlıca istiqamətlərdən biri olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

