Azərbaycan ötən 25 il ərzində böyük inkişaf yolu keçib
22.10.2016 [00:49]
Bu dövrdə yetişən gənclər müstəqil dövlətimizin imkanlarından uğurla bəhrələnirlər
Əli Əhmədov: Müstəqilliyimizin həmyaşıdları olan gənclər məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır, yüksək vətənpərvərlik ruhunda böyüyürlər və müstəqilliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdırlar
Məlum olduğu kimi, Azərbaycan dövləti və xalqı müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümünü yaşayır. Ötən 25 ildə müstəqil Azərbaycan böyük inkişaf yolu keçib. Amma qeyd etmək lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi yetkililər arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Bütün bunların nəticəsi kimi isə ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
Məhz belə bir şəraitdə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa müddət ərzində ictimai-siyasi sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı və Azərbaycanı inkişaf yoluna çıxardı. Ulu öndər Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə, öz növbəsində sosial-siyasi institutların fəaliyyətinə yol açdı. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Yeri gəlmişkən, oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü Azərbaycan xalqının müasir tarixində ən əlamətdar hadisələrdən biridir. Müstəqilliyin qorunmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan Əli Əhmədov bu gün Prezident İlham Əliyevin Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O deyib ki, bu dövr dövlət müstəqilliyinin iqtisadi, siyasi və digər əsaslarının çox ciddi şəkildə möhkəmlənməsi ilə müşayiət olunub. Baş nazirin müavini qeyd edib ki, 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, ölkəmizin siması dəyişib, modernləşib, Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib: “Bütün bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin ciddi şəkildə möhkəmlənməsi və inkişaf etməsi anlamını ortaya qoyur. Bu gerçəklik daha güclü təməllər üzərində özünü ifadə edir. Azərbaycanın dövlət müstəqilliyinin elə bir möhkəm təməli yaradılıb ki, Azərbaycan dövləti bu təməl üzərində müstəqil dövlət olaraq uzun illər yaşayacaq və xalqımız bu müstəqilliyin bəhrələrini dərk edəcək”.
YAP Sədrinin müavini tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıdığını vurğulayıb. Tədbirin bu çərçivədə keçirilməsi Azərbaycanın 25 il ərzində keçdiyi yolun əzəmətini və möhtəşəmliyini ifadə edir. O bildirib ki, bu gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar: “Müstəqilliyimizin həmyaşıdları olan gənclər məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır, yüksək vətənpərvərlik ruhunda böyüyürlər və müstəqilliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdırlar”.
Həqiqətən də, müstəqillik illərində yüksək intellektə, bilik və bacarığa malik olan gənc nəsil formalaşıb. Bugünkü gənclik Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunub. Ölkəmizin inkişafına öz töhfələrini verən gənclər beynəlxalq müstəvidə də Azərbaycanı layiqincə təmsil edirlər.
Yeri gəlmişkən, müstəqillik illərində dünyaya göz açmış gənclər də Azərbaycan Respublikasının vətəndaşları olmaqdan qürur duyduqlarını vurğulayıblar. Məsələn, qəzetimizə açıqlamasında YAP Gənclər Birliyi ofisinin koordinatoru Həsən Hüseynzadə bildirib ki, bu gün müstəqil Azərbaycan dünya dövlətləri arasında layiqli yer tutur: “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan güclü dövlətə çevrilib. Bu gün ölkəmiz regionun lider dövlətidir. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Öz fəaliyyətimizlə dövlətimizin inkişafına töhfələrimizi verməliyik. Bu, gənclərin müqəddəs borcudur”.
YAP Gənclər Birliyinin fəal üzvü Aliyə Orucova isə bildirib ki, Azərbaycan Respublikası 25 ildir ki, yeni müasir dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliləyir: “Azərbaycan Respublikasını sosial-iqtisadi, ictimai-siyasi böhrandan çıxaran, onun müstəqilliyini əzmlə qoruyub saxlayan və davamlı inkişafı üçün sarsılmaz əsaslar yaradan Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra öz inkişafında böyük bir mərhələ keçib, qüdrətli bir dövlətə çevrilib. Müstəqillik illəri Azərbaycan tarixinin ən möhtəşəm inkişaf illəri kimi qeyd oluna bilər. Müstəqillik dövründə dünyaya gəlmiş gənc olaraq mən hər zaman Azərbaycanın müstəqillik ideyaları uğrunda daha cəsarətlə və fədakarcasına mübarizə aparmağa hazıram. Çünki mən müstəqil Azərbaycanda doğulmuşam, müstəqil Azərbaycan dövlətinin ideyaları əsasında tərbiyə almışam. Bizim qarşımızda duran əsas vəzifələrdən biri ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi üçün çalışmaqdır. Bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün başlıca şərtdir”.
YAP Gənclər Birliyinin digər fəalı Aytən Məmmədova isə deyib ki, Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz təməllər üzərində qurulub: “Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu öndər Heydər Əliyev yaradıb. Bir gənc kimi onu qeyd etmək istəyirəm ki, mən Azərbaycanın vətəndaşı olduğum üçün fəxr edirəm. Biz gənclər Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik və bu istiqamətdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.
YAP Gənclər Birliyinin fəal üzvü Cəbrail Fərzəliyev gənclərin müstəqil Azərbaycan uğrunda hər bir fədakarlığa hazır olduqlarını bildirib. O deyib ki, hər bir gənc dövlətimizin diqqət və qayğısından bəhrələnir: “Ona görə də biz gənclər öz əməli fəaliyyətimizlə ölkəmizin inkişafı üçün çalışmalıyıq. Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Təbii ki, gənclər belə qüvvələrə qarşı prinsipial mövqelərini ortaya qoyurlar. Məhz bütün xalqımızın, o cümlədən gənclərin birliyinin nəticəsidir ki, belə qüvvələrin planları hər zaman iflasa uğrayır. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan bundan sonra böyük nailiyyətlər qazanacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

