“Human Rights Watch” təşkilatının hesabatı qeyri-obyektiv və qərəzlidir
27.10.2016 [09:51]
Xəbər verildiyi kimi, bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı növbəti “hesabatını” açıqlayıb. Təşkilat Azərbaycana münasibətdə yenə də “ənənəsinə” sadiq qalıb. Belə ki, “Human Rights Watch” qərəzli şəkildə Azərbaycanda demokratiya və insan hüquqlarına dair vəziyyətin guya yaxşı olmadığını iddia edib. Ümumiyyətlə, “Human Rights Watch” mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır. Eyni zamanda, Azərbaycanda demokratiya, söz azadlığı, sərbəst toplaşmaq hüququ, vətəndaş cəmiyyəti ilə bağlı məsələlərə yanaşmada “Human Rights Watch” daim qərəzli mövqe nümayiş etdirib. Hesabata münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Yevda Abramov deyib ki, “Human Rights Watch” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni fikirləri bildirir. “Onların mövqeyi Azərbaycanda gedən proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən hesabatlar hazırlayırlar”, - deyə Y.Abramov qeyd edib. Millət vəkili Ermənistanla müqayisədə Azərbaycana münasibətin bu səviyyədə göstərildiyinin təəccüblü olduğunu deyib. Halbuki, Azərbaycan son illərdə bütün sahələr üzrə dəfələrlə inkişaf edib. “Amma Ermənistanda insanlar öldürülür, parlamentdə məmurlar, deputatlar qətlə yetirilir, bütün bunların fonunda təşkilat Ermənistana çox yumşaq münasibət sərgiləyir. Azərbaycanda isə insan hüquqları, demokratiya və mətbuat azadlığı sahəsində ildən-ilə inkişaf gedir, bu sahədə qanunlar ardıcıl olaraq təkmilləşdirilir. “Human Rights Watch” bunları görməyərək hər il Azərbaycandakı vəziyyəti mənfi göstərməyə çalışır. Əslində, bunun səbəbləri hamıya məlumdur. Çünki bu təşkilatların özləri də müstəqil deyillər. Onların arxasında duran xarici qüvvələr bu təşkilatlara istədiklərini diktə edirlər. Belə təşkilatlar həmin qüvvələrə bazarlıq üçün lazım olan bir vasitədir”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə deyib ki, “Human Rights Watch” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. S.Fətəliyeva qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmiz haqqında məlumatları ayrı-ayrı “hüquq müdafiəçiləri”ndən və müxalifət partiyalarından alır. “Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada “Human Rights Watch” təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır”, - deyə komitənin sədr müavini vurğulayıb. Belə hesabatların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib.
“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, “Human Rights Watch” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur”, - deyə S.Fətəliyeva qeyd edib.
“Vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Human Rights Watch” təşkilatı, çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb. Təşkilat bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. K.Əliyeva bildirib ki, “Human Rights Watch”un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Onun sözlərinə görə, “Human Rights Watch”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. “Ümumiyyətlə, bu təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Human Rights Watch”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat konkret qüvvələrin tapşırıqlarını icra edir”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

