Əli Kərimli və dəstəsinin sosial şəbəkə fiaskosu
18.11.2016 [10:15]
Azərbaycanın sağlam gəncləri sosial şəbəkələrdə radikal müxalifət təmsilçilərinin layiqli cavablarını verir, onların yalanlarını ifşa edirlər
Sirr deyil ki, Azərbaycanın radikal müxalifət partiyaları ölkəmizin siyasi həyatında heç bir rola malik deyil. İndiyə qədər qatıldıqları bütün seçkilərdə məğlub olan, siyasi sistemin təkmilləşdirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında fəaliyyət göstərən və öz mövcudluqlarını məhz bu amilə bağlayan radikal ünsürlərin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq, ictimai faydalı işlə məşğul olmayan, siyasi sistemimizin “qarınaltı yükü”nə çevrilmiş bu azsaylı qrupun fəaliyyəti yalnız virtual aləmlə məhdudlaşır. Haqlı olaraq bir sıra ekspertlər Azərbaycan radikal müxalifət partiyaları haqqında danışarkən onu “facebook müxalifəti” kimi xarakterizə edirlər. Amma son zamanlar müşahidə etdiklərimiz radikalların bu arenada da ciddi fiaskoya uğradıqlarını göstərir.
Radikal müxalifət təmsilçiləri niyə gənclərin üstünə “qılınc çəkib”?
Müasir kommunikasiyaların çox sürətlə inkişaf etdiyi, informasiyanın cəmiyyətlərin həyatında təsir gücünün artdığı indiki şəraitdə sosial şəbəkələrin önəmi daha da artır. Bu, eyni zamanda, istənilən təşkilat üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də geniş kütlələrə müraciət platformasıdır. Amma bu vasitə yalnız doğru və ağılla istifadə olunanda fayda verir. Yoxsa özünün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışanlar, bu imkandan kimlərinsə ünvanına böhtanlar, təhqirlər yağdırmaq üçün yararlananlar prosesin yekununda məğlubiyyətlə üzləşirlər. Çünki yalan hər yerdə yalandır və mütləq ki, müqavimətlə üzləşir.
Bəllidir ki, siyasi opponentlərinə qarşı virtual məkanda “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtan yağdırmaq, hətta bəzən təhqirlərə yol vermək Əli Kərimli və onun rəhbərlik etdiyi marginal qrupun əsas mübarizə üsuludur. Amma artıq bu da bir işə yaramır. 20 ildən artıqdır müxalifətdə olan düşərgə təmsilçiləri bu uzun müddət ərzində sürətlə dəyişən siyasi mühit və zaman fonunda bir buğda dənəsi boyda belə inkişaf etməmələri, müraciət etdikləri köhnəlmiş və effektivliyini itirmiş mübarizə metod və üsullarının səmərəsizliyi, hər şeydən daha vacib, Azərbaycan dövlətinə və xalqına qarşı mövqeləri ucbatından meydanda təkləniblər. Bu yalnızlıq o qədər dərinləşib ki, Əli Kərimlini və onun amorf partiyasını sosial şəbəkələrdə müdafiə edəcək “ödənişli qrup” da “gəmi”ni tərk edib. İndi vaxtilə dağıdıcıların təlimatları ilə fəaliyyət göstərən “ştatlı təhqirçilər” də nə Əli Kərimlinin vədlərinə, nə də onun xaricdən gələn “ianə”lərinə inanırlar. Əvvəllər radikal ünsürlərin bu və ya başqa şirnikləndirici vədlərlə ətrafında saxladığı və sırf sosial şəbəkələrdə konkret şəxslərin ünvanlarına təhqirlər yazmaq, o cümlədən Əli Kərimlinin, onun yanına pərçim olmuş 3-5 siyasi dəllalın şəninə təriflər düzmək üçün istifadə etdikləri azsaylı üzvlər də artıq bu işyarıtmazlardan üz döndəriblər. Ona görə də Əli Kərimli və digər radikal düşərgə təmsilçiləri bu qədər aqressivləşib, gənclərin üzərinə qılınc çəkirlər.
YAP gəncləri sosial şəbəkələrdə yüksək fəallıq göstərirlər
Müşahidələrimiz göstərir ki, son zamanlar Əli Kərimli və onun oyuncaq şurasının üzvləri öz “facebook” səhifələrində sosial şəbəkələrdə bu dağıdıcı ünsürlərin Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd olan yarıtmaz fəaliyyətlərini tənqid edən gəncləri hədəfə alırlar. Amma hədər yerə. Çünki siyasi mübarizənin bütün platformalarında məğlub olan Əli Kərimli, onun faktiki nəzarətində olan “Milli şura” üzvləri və digər dağıdıcılar sosial şəbəkələrdə də Azərbaycanın sağlam gəncləri qarşısında öz “dərslərini alırlar”. Vətənini sevən, öz xalqının maraqlarını qoruyan əqidəli Azərbaycan gəncləri yenə də iş başındadır və sükanı etibarlı şəkildə əllərində saxlayırlar.
Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə xüsusi fəallıq göstərən gənclərin sırasında Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri də seçilirlər. Hər zaman gənclərin inkişafına, onların intellektual potensiallarının daha da artırılmasına, ölkə həyatında fəal təmsilçiliyinin dəstəklənməsinə önəm verən, bununla bağlı müxtəlif layihələr həyata keçirən YAP-ın gənc fəallarının bu işdə yüksək səviyyədə iştirak etməsi heç də təsadüfi deyil. Ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan YAP həm də Azərbaycan cəmiyyətinin ən qabaqcıl nümayəndələrini, ziyalıları, tanınmış elm xadimlərini, siyasətçiləri öz ətrafında birləşdirərək bu keyfiyyəti ilə digərlərindən əsaslı şəkildə fərqlənir. Gənclər də üzv olduqları partiyanın aşıladığı yüksək dəyərləri əxz edərək, bu gün dövlətimizin və xalqımızın maraqlarının qorunmasında belə həvəslə iştirak edirlər. YAP-ın ətrafındakı gənclər ordusu müasir bilikləri mənimsəmələri, informasiya kommunikasiya vasitələrinin geniş imkanlarından uğurla faydalanmaqla yanaşı, həm də vətənpərvərliyi ilə örnək təşkil edir. Bunu radikal ünsürlərin “facebook” səhifələrinə YAP gəncləri tərəfindən yazılan şərhlərdən də görmək mümkündür. Yazıda təqdim etdiyimiz “skreen şot”lardan da bəlli olduğu kimi, müxtəlif səhifələrdə yazılan statuslara şərhlərində həqiqətləri diqqətə çatdırmaqla yanaşı, həm də radikal müxalifət düşərgəsinin yalanlarını ifşa edirlər. Əli Kərimlini də, Cəmil Həsənlini də, Gültəkin Hacıbəylini də narahat edən, onların yuxusunu ərşə çəkən bax budur. Əlbəttə, onlar bunu etiraf etmirlər, həmişəki kimi öz məğlubiyyətlərini başqa əlaqəsi olmayan, məntiqsiz arqumentlərlə pərdələməyə çalışırlar. Hətta riyakarlıq edib onları tənqid edən, dövlətin mənafeyini qoruyan sosial şəbəkə istifadəçilərini “trollar”, “saxta profillər” adlandırır, hər şeyi öz arşınları ilə ölçüb gənclərin fəallığını guya hansısa sifarişlə əlaqələndirirlər.
Kərimlikimilərin “troll” yalanları da çürük çıxdı
Əli Kərimli və onunla eyni amala xidmət edən digərləri bütün fəaliyyətlərini sifarişlər əsasında qurur, ətraflarındakı azsaylı gəncləri də bu cür istismar edirlər. Onların muzdlu, sifarişli virtual “trolları” aldıqları tapşırıqlarla müxtəlif səhifələrdə insanları təhqir edirlər. Qarşı fikir yazan insanlar isə dərhal radikalların nəzarətlərində olan səhifələrdə bloklanır, onların yazdıqları şərhlər isə silinir. Radikalların qavradıqları davranış normaları yalnız bunlardan ibarət olduğu üçün qarşılarındakı insanları da özləri kimi bilirlər.
Digər tərəfdən, bu antimilli ünsürlər siyasi cəhətdən savadsız və fərsiz olduqları kimi, sosial şəbəkələr mövzusunda da yetərincə məlumatlı deyillər. Əgər belə olmasaydı, bu “həvəskarlar” Azərbaycan gənclərinin virtual məkanda diqqətçəkən fəallığını hansısa hücum, ya da təlimatla əlaqələndirməzdilər. Ona görə də xatırlatmaqda fayda görürük ki, bu gün Əli Kərimlinin, G.Hacıbəylinin, C.Həsənlinin “troll” adlandırdığı həmin sağlam gənclər ordusu əlikərimlilərdən, gültəkinhacıbəylilərdən, cəmilhəsənlilərdən fərqli olaraq, həmişə sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını ləyaqətlə qoruyur, ölkəmizin uğurlarının təbliğində, tariximizin, mədəniyyətimizin, sahib olduğumuz yüksək dəyərlərin tanıtımında fəal şəkildə iştirak edir, bu virtual meydandan məhz dövlətimizin müdafiəsi naminə uğurla faydalanır. Hələ ötən il keçirilən Avropa oyunları ərəfəsində, həmçinin mühüm beynəlxalq forum və konfranslar, Azərbaycan üçün əhəmiyyət kəsb edən digər tədbirlər zamanı da bu gənclər ordusunun yüksək fəallığı sayəsində Azərbaycanın təbliğatına xidmət edən səhifələr, “həştəqlər” dünyada ən çox müraciət olunan və ən geniş təbliğ olunan səhifələr və “həştəqlər” sırasında ilk onluqda qərarlaşıb. Belə olduğu halda bu gün “Milli şura” “başbilən”lərinin gənclərin ünvanına söylədikləri fikirlər siyasi riyakarlıqdan başqa bir şey deyil. Bu həm də onu göstərir ki, xalqın imtina etdiyi, Azərbaycan siyasi palitrasının autsayderi hesab olunan dağıdıcılar sosial şəbəkələrdə də məğlub olur, Azərbaycanın sağlam gəncləri qarşısında tab gətirə bilmirlər. Dağıdıcı ünsürlərin sosial şəbəkələrdəki fırıldaqları da artıq iflasa uğrayır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46

