/ / Yan Liddel-Qrenqer: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik
Yan Liddel-Qrenqer: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik
23.11.2016 [09:39]
Noyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan üçün əhəmiyyətli olduğunu qeyd edib. Bildirilib ki, Avropa Mühafizəkarları Qrupu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ən fəal təmsil olunduğu və əməkdaşlıq etdiyi partiyadır. Heç də təsadüfi deyil ki, nümayəndə heyətimizin rəhbəri məhz bu Qrupda təmsil olunub. Avropa Mühafizəkarları Qrupu ölkəmizlə bağlı məsələlərin müzakirəsində həmişə ədalətli mövqe tutaraq, obyektiv qərarların qəbul olunması üçün səylər göstərib. Ümumiyyətlə, Azərbaycan 15 ildir ki, təşkilata üzvdür. Bu quruma üzvlük qanunvericiliyimizin təkmilləşdirilməsində, irəliyə doğru müsbət addımların atılmasında əhəmiyyətli rol oynayıb.
Oqtay Əsədov deyib: “Avropa Şurası ilə əlaqələrimiz yüksək səviyyədədir və biz gələcəkdə də təşkilatın digər qurumları ilə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Təqdirəlayiq haldır ki, quruma üzv olduğumuz dövrdən bəri, demək olar ki, AŞPA sədrlərinin hamısı Azərbaycanda səfərdə olub, ölkəmizin reallıqlarını gözləri ilə görüblər. Biz Avropa İttifaqı ilə də hərtərəfli əlaqələrimizi qarşılıqlı şəkildə inkişaf etdirmək niyyətindəyik. Bu istiqamətdə müəyyən sənədlər üzərində iş davam etdirilir”.
Sədr vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. TANAP və TAP kimi təbii qaz layihələrinin reallaşması isə bu sahəyə mühüm töhfə olacaq. Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ilə Avropa və Asiya arasında dayanıqlı nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.
Diqqətə çatdırılıb ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemlə əlaqədar BMT-nin, Avropa Parlamentinin, AŞPA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə bir daha göstərdi ki, bu münaqişə heç də bəzi siyasətçilərin düşündüyü kimi “dondurulmuş münaqişə” deyil. Problemin həlli üçün işğalçıya beynəlxalq birlik tərəfindən təzyiqlər göstərilməlidir. Biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qonaq Azərbaycan nümayəndə heyətinin Qrupun, ümumiyyətlə, AŞPA-nın tədbirlərində fəal iştirak etdiyini söyləyib. O deyib ki, Avropa Mühafizəkarlar Qrupunun üzvləri Azərbaycanda, ümumiyyətlə, bölgədə baş verən prosesləri diqqətlə izləyir, hadisələrin düzgün və obyektiv qiymətləndirilməsi üçün lazımi addımlar atırlar. Bu cür səfərlərin həyata keçirilməsi də məhz bu məqsədlərə xidmət edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Yan Liddel-Qrenqer problemin ədalətli həlli üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğulayıb.
* * *
Həmin gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Mühafizəkarları Qrupu həmişə Azərbaycanın mövqeyini müdafiə edib. Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olduqdan sonra biz ilk olaraq Avropa Mühafizəkarlar Partiyası ilə əməkdaşlığa başladıq. Bu partiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə həmişə obyektiv münasibət göstərib. Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyəti də taleyüklü məsələlərdə daim Azərbaycanı dəstəkləyib. O deyib: “Azərbaycan Avropa Şurasında çox fəaldır və bizim mövqeyimiz haqlı mövqedir. Biz müharibə yox, sülh istəyirik. Biz heç kimin ərazisini zəbt etməmişik. Əminəm ki, Azərbaycana səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər bu mənzərəni açıq şəkildə göstərəcək”.
Yan Liddel-Qrenqer deyib ki, Avropa Mühafizəkarları Partiyası Azərbaycandakı proseslərdən yaxşı xəbərdardır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışır.
Qonaq Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb və bu əməkdaşlığın bundan sonra da uğurlu olacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

