Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rufiz Qonaqov: Ermənilər Ankarada özlərini ifşa etdilər

Rufiz Qonaqov: Ermənilər Ankarada özlərini ifşa etdilər

24.11.2016 [10:03]

NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısı bır sıra tərəflərilə yadda qaldı. Regionda baş verən hərbi münaqişələrin əsas müzakirə mövzusu olduğu toplantı Türkiyənin bölgədə əsas güc mərkəzi olduğunu bir daha təsdiqlədi. Mötəbər tədbirin Azərbaycan üçün də bir sıra özəllikləri oldu. Ən başlıcası, strateji müttəfiqimiz olan Türkiyənin regiondakı siyasi və hərbi gücü etiraf edilmiş oldu. İkincisi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə dair sənəd qəbul olundu ki, bu, Azərbaycan üçün çox ciddi əhəmiyyət kəsb etdi. Üçüncüsü, erməni deputatlar müzakirələr zamanı ifşa olundular. Onların qeyri-peşəkar, səhvlərlə dolu sualları Türkiyə rəsmilərinə İrəvanı ifşa etmək və erməni tərəfinin pis niyyətli olduqlarını sübut etmək üçün imkan yaratdı.
NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısının əhəmiyyətini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, regiondakı gərginlik fonunda Ankarada belə bir mötəbər tədbirin keçirilməsi qardaş Türkiyənin bölgənin aparıcı aktorlarından olduğunu sübut edir: “Müzakirələrdən də göründü ki, Türkiyənin bölgədə baş verən proseslərlə bağlı mövqeyi aydındır. Rəsmi Ankara münaqişəli vəziyyətdə olan ölkələrin heç birinin ərazi bütövlüyünə şübhə ilə yanaşmır. Halbuki, orada bəzi şəhərlər tarixən Türkiyənin ərazisi olub. Həmin şəhərlərdə bu gün çoxlu sayda türklər yaşayır və Türkiyədən dəstək umurlar. Amma Ankara ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Türkiyənin bu cür aydın və ədalətli mövqeyi onun bölgədəki nüfuzunu daha da artırır. Bütün dünya anlayır ki, Türkiyənin iştirakı və razılığı olmadan bölgədə heç bir problem həllini tapa bilməz”.
Rufiz Qonaqov bildirib ki, NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısında onun diqqətini çəkən əsas məsələlərdən biri erməni deputatların təxribat xarakterli suallarının türkiyəli rəsmilər tərəfindən peşəkarcasına cavablandırılması olub: “Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar erməni deputatın “Əsgərləriniz Suriyadan nə vaxt çıxacaqlar” sualına cavab olaraq dedi ki, Türkiyə Suriyadakı proseslərdə iştirak etmədiyi üçün bu sual ya cahillikdir, ya da bəd niyyətdən xəbər verir. Qərargah rəisi erməni deputatın bu sualını haqlı olaraq “tərbiyəsizlikdir, iftiradır, yalandır, əxlaqsızlıqdır” kimi cavablandırdı. Təbii ki, deputat bu sualı verməzdən öncə özünü əziyyətə verib regionda baş verən prosesləri öyrənməli idi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da erməni deputatın sualına arqumentlərlə cavab verdi. Bildirdi ki, erməni deputat Ankarada özünü sülh mələyi kimi aparır. Amma Dağlıq Qarabağın işğaldan azad olunmasını tələb edən BMT qətnamələri İrəvan tərəfindən qulaqardına vurulur. Qondarma erməni soyqırımı ilə bağlı da erməni deputatlar kəskin cavab alaraq, yerində otuzduruldular”.
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Ankaradakı çıxışına toxunan Rufiz Qonaqov bildirib ki, Siyavuş Novruzov NATO PA-nın prezidenti Maykl R.Turnerə ünvanladığı sualla, əslində, Ermənistanın iç üzünü açıb göstərdi: “Doğrudan da, Ermənistan Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verdiyi halda, İrəvan qonşuluq siyasətindən danışır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. İllərlə Türkiyəyə qarşı ərazi iddiasındadır. Gürcüstan torpaqlarına ərazi iddiası var. Belə olan halda Ermənistanın mötəbər tədbirlərə dəvət olunmasının özü absurd görünür”.
Rufiz Qonaqova görə, ümumiyyətlə, dünya ermənilərin qaragüruh bəyanatlarından, intriqalarından yorulub: “Həm başqa bir dövlətin ərazisini işğal et, həm də özünü fağır, əzilən millət kimi apar, buna heç kəs inanmayacaq. Dünya Ermənistanın işğalçı, hiyləgər dövlət olduğunu artıq qəbul edir. Amma təəssüf ki, işğalçıya qarşı adekvat addımlar atılmır. Bütün hallarda mötəbər tədbirlərdə Azərbaycanın problemlərinin dilə gətirilməsi, işğalçı Ermənistanın ifşa olunması vacibdir və bu, münaqişənin bizim maraqlarımız çərçivəsində həllinə müsbət təsir göstərir”.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31