Qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında əlaqələr daha da genişlənəcək
06.12.2016 [09:49]
Bakı şəhərinin Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-York şəhərinin əhali cəhətdən ən böyük rayonu olan Bruklinin yerli hakimiyyət rəhbəri Erik Adams ilə görüşüb.
Görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olunub.
E.Adams cari ilin sentyabrında Bakıda səfərdə olduğunu xatırladaraq paytaxtımızdan olduqca xoş təəssüratlarla döndüyünü vurğulayıb, Azərbaycan tərəfinin yüksək qonaqpərvərliyini məmnuniyyətlə qeyd edib. O, Bakıda olarkən hazırda Bruklində yaşayan Azərbaycan yəhudiləri ailəsi tərəfindən ölkəmizdəki sinaqoqlardan birinə Tövratın hədiyyə edilməsi mərasimində iştirak etdiyini bildirib. Azərbaycan cəmiyyətinin tolerantlığının və sülhpərvərliyinin bir daha şahidi olduğunu vurğulayaraq deyib ki, Bruklində yaşayan Azərbaycan yəhudilərinin ölkəmizə sevgisi və dəstəyi bunun bariz nümunəsidir.
E.Əzizov ölkəmizin qədim tolerantlıq ənənələrindən söhbət açıb, Azərbaycanda buna dövlət səviyyəsində xüsusi diqqət ayrıldığını bildirib. Qeyd edib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda multikulturalizmlə bağlı dünya miqyaslı forumlar keçirilir. Azərbaycanın multikulturalizmin inkişafına verdiyi töhfələr dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Bruklin rəsmisi Bakıya “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-Nyu-York birbaşa reysi ilə səfər etdiyini bildirib. Bu reysin açılmasının Bakı və Nyu-York arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
İki rayon arasında əməkdaşlığın inkişaf potensialından danışan E.Adams universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkil olunmasını təklif edib. Bruklin rəsmisi belə mövzulardan biri kimi həm Azərbaycanın, həm də ABŞ-ın üzləşdiyi və qlobal miqyasda problemə çevrilən qaçqın mövzusunun ola biləcəyini deyib. E.Adams, ümumiyyətlə belə layihələrin amerikalı tələbə və məktəblilərə Azərbaycanın zəngin mədəniyyəti və tarixi barədə məlumat eldə etmək imkanı yaradacağını qeyd edib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı E.Əzizov bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov amerikalı həmsöhbətlərə münaqişə barədə məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin indiyədək Ermənistan tərəfindən işğal altında saxlandığını, təcavüzkar ölkənin bu torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını bildirib.
E.Əzizov, eyni zamanda, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq potensiallarının mövcudluğunu da qeyd edib. Buna cavab olaraq E.Adams bu istiqamətdə əməli addımların atılması fikrinə şərik olduğunu və Bakıya səfəri zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşündə mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarının da müzakirə edildiyini diqqətə çatdırıb.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi islahatlar ili elan edildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və bununla bağlı bir sıra proqramlar uğurla həyata keçirilir. Bruklinin inkişaf etmiş sənaye rayonu kimi tanındığını bildirən deputat rayonun bu sahədəki təcrübəsinin öyrənilməsinin faydalı ola biləcəyini deyib. Eyni zamanda, o, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib və bunun Bruklin iş adamları üçün maraqlı ola biləcəyini diqqətə çatdırıb.
E.Əzizov Bruklində “Qafqaz İrsi Festivalı”nın keçirilməsinə və hər il may ayının bu rayonda Azərbaycan mədəniyyəti və Qafqaz irsi ayı elan edilməsinə görə Erik Adamsa minnətdarlığını bildirib. Bu önəmli tədbirin yüksək səviyyədə təşkil olunmasında fəal iştirakına görə Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala da təşəkkür edib.
Bruklindəki Azərbaycan icmasının fəallığını qeyd edən E.Adams onların rayonun ictimai və mədəni həyatına böyük töhfə verdiyini və bununla bağlı Bruklin küçələrinin birinə Bakının adının verilməsi məsələsinə baxıldığını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Bruklində fəaliyyət göstərən “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada Mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltəraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verilib. Qısa proqram, mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri nümayiş etdirilib.
Qeyd edək ki, bir neçə il fəaliyyət göstərən bu mərkəz Azərbaycan mədəniyyəti və incəsənətini təşviq edir. Mərkəzin tələbələrinin Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqramlarının Bruklində keçirilən müxtəlif bayram və festivallar zamanı nümayişi artıq ənənə halını alıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41

