Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazaxıstan Parlamenti Məclisinin sədri Azərbaycana səfərə gəlib

Qazaxıstan Parlamenti Məclisinin sədri Azərbaycana səfərə gəlib

22.12.2016 [10:16]

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Parlamenti Məclisinin sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Nurlan Niqmatulin jurnalistlərə müsahibəsində dost ölkə olan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, səfərinin məqsədinin dekabrın 22-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahının açılış mərasimində iştirak etmək olduğunu deyib. Sədr Bakıda TÜRKPA-nın mənzil-qərargahının tikilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30