Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının yaranmasından 55 il ötür
23.12.2016 [09:44]
Hazırda AZƏRTAC-ın sədri olduğu OANA-nın üzv agentlikləri dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) 1961-ci il dekabrın 22-də UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsini inkişaf etdirmək məqsədilə yaradılıb.
OANA coğrafiyasına və üzv agentliklərin yaydığı informasiyanın miqdarına görə ən böyük regional media qurumudur. Hazırda təşkilatın sıralarında birləşən 35 ölkənin 44 xəbər agentliyi dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Təşkilatın unikal platforma olan veb-saytında üzv agentliklərin gün ərzində 200-ə yaxın xəbəri, həmçinin foto və videoları yerləşdirilir.
Azərbaycanın OANA-da təmsilçiliyi AZƏRTAC-ın bu quruma üzvlüyü ilə başlayıb. 2004-cü ildə OANA-ya daxil olan agentlik cəmi üç ildən sonra qurumun rəhbər orqanına - İcraiyyə Komitəsinə üzv seçilib və bir-birinin ardınca üç dəfə Komitə üzvü olub. İcraiyyə Komitəsinin iclaslarından biri 2008-ci ilin sentyabrında Bakıda keçirilib.
OANA-nın 2013-cü ilin sentyabrında keçirilən XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təşkilatın vitse-prezidentlərindən biri seçilib, növbəti Baş Assambleyanın Azərbaycanda keçirilməsi və 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrlik etməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
2016-cı il noyabrın 16-da Heydər Əliyev Fondu və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib. Noyabrın 18-də keçirilən XVI Baş Assambleyada 40 agentlikdən 80-dən çox nümayəndə təmsil olunub. Üzv agentliklərin iştirakı ilə qurumun İcraiyyə Komitəsinin yeni tərkibi seçilib, növbəti Baş Assambleyanın vaxtı və yeri müəyyənləşdirilib. Təşkilatın prezidenti seçilən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov səlahiyyətlərinin icrasına başlayıb. Eyni zamanda, OANA-nın veb-saytının idarə olunması AZƏRTAC-a həvalə edilib.
Təşkilatın saytında AZƏRTAC-ın hər il 4 minə yaxın xəbəri, 700-ə yaxın videosu və 1600-dən çox fotosu yerləşdirilir. Bu informasiyalar Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini - rəsmi dövlət tədbirlərindən tutmuş iqtisadiyyat, mədəniyyət, elm və təhsil, idman, turizm, ekologiya və digər sahələri əhatə edir. Saytda yerləşdirilmiş informasiyaların sayına görə AZƏRTAC bu qurumda təmsil olunan 44 agentlik arasında ilk üçlüyə daxildir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

