Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində ən nüfuzlu aktorlardan biridir
13.04.2017 [08:40]
Prezident İlham Əliyev: ...Bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqları əsasında uğurla təmsil olunur, etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.
Praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib
Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini də xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Cari ilin birinci rübü xarici siyasət sahəsində olduqca uğurlu olub
Yeri gəlmişkən, cari ilin birinci rübü də Azərbaycanın beynəlxalq münasibətlərdə təmsilçiliyi nöqteyi-nəzərindən olduqca uğurlu olub. Daha dəqiq desək, cari il ərzində ölkəmiz uğurlu xarici siyasətini davam etdirib, ikitərəfli və çoxtərəfli münasibətlər inkişaf etdirilib, bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ifadə olunub. Aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, ilin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur: “Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var - biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır”.
Birinci rübdə Avropa qurumları ilə münasibətlərin inkişafında da pozitiv dinamika müşahidə edilib. Bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib: “Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq. Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır”.
Rəsmi səfərlər ölkəmizin ikitərəfli münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verib
Bütövlükdə, birinci rüb ərzində baş tutan rəsmi səfərlər ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verib. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edib. Qeyd etmək lazımdır ki, birinci rüb ərzində Prezident İlham Əliyev yuxarıda sadalanan səfərlərlə yanaşı, həm də Pakistan İslam Respublikasına, Qətər Dövlətinə, İran İslam Respublikasına və Fransa Respublikasına səfərlər edib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir: “Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir”.
Bunlarla yanaşı, birinci rübdə 7 dövlət başçısının Azərbaycana səfəri ölkəmizlə əməkdaşlığa verilən önəmin bariz nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir”.
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsi də qeyd olunmalıdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Məhz cari ilin birinci rübündə keçirilən V Qlobal Bakı Forumu bu baxımdan xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı bu məsələyə toxunaraq deyib ki, birinci rübdə Azərbaycanda V Qlobal Forum keçirilib: “Bu da artıq dünya miqyasında önəmli beynəlxalq tədbirlərin sırasına daxil edilib. Bu Forumda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak etmişlər”.
Bununla yanaşı, Azərbaycanın bölgədə, qlobal miqyasda təhlükəsizlik və əməkdaşlığa fundamental töhfələr verməsi beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz bu amil dünya siyasətinin güc mərkəzlərinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakına pozitiv münasibətini şərtləndirən faktor kimi çıxış edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, bir müddət əvvəl ABŞ və Rusiya baş qərargah rəislərinin görüşünün ölkəmizin paytaxtında baş tutması bir daha ölkəmizin üstün siyasi nüfuzundan, beynəlxalq münasibətlər sistemində yeri və rolundan xəbər verir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Bir hadisəni də qeyd etmək istəyirəm. Bu da çox əlamətdar hadisədir. Əslində, bu hadisə bizim dünyadakı rolumuzu əks etdirir. Bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Əlbəttə ki, birinci rübdə beynəlxalq fəaliyyətimizdə bir çox digər önəmli hadisələr də baş vermişdir. Ancaq əsas məsələlər bundan ibarətdir”.
Aparıcı dövlətlər Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirlər
Bütövlükdə, Azərbaycanın praqmatik, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunun artmasını təmin edən strateji faktor olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir. Digər tərəfdən, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər. Bir sözlə, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində ən nüfuzlu aktorlardan biri kimi çıxış edir.
Uğurlu xarici siyasət kursu beynəlxalq münasibətlərdə davamlı nailiyyətlərin əldə edilməsini şərtləndirir
Öz növbəsində, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, cari ilin birinci rübündə beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər Azərbaycanın çox fəal xarici siyasət həyata keçirdiyini göstərir: “Birinci rüb ərzində 7 dövlət başçısının Azərbaycana səfəri ölkəmizin yüksək beynəlxalq nüfuzundan, ayrı-ayrı ölkələrin Azərbaycanla əməkdaşlığa maraqlı olmasından xəbər verir. Azərbaycanın müxtəlif dövlətlərlə ikitərəfli, çoxtərəfli münasibətlərinin inkişafı həm də beynəlxalq miqyasda sülhə, təhlükəsizliyə əhəmiyyətli töhfələr verir”.
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevrilməsinə səbəb olub: “Təsadüfi deyil ki, bu gün beynəlxalq miqyasda baş verən hadisələrə Azərbaycanın münasibətinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycan beynəlxalq əməkdaşlıq mərkəzi kimi çıxış edir, ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Bir müddət əvvəl Azərbaycanda keçirilən V Qlobal Bakı Forumu həm ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafı, həm də xalqlar, dövlətlərarası əlaqələrin genişlənməsi baxımından böyük önəm daşıyır”.
Millət vəkili əlavə edib ki, ABŞ və Rusiya baş qərargah rəislərinin görüşünün paytaxt Bakıda keçirilməsi də ölkəmizin nüfuzundan, beynəlxalq münasibətlərdə yeri və rolundan xəbər verir: “Təbii ki, beynəlxalq müstəvidə əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, milli maraqlarımıza cavab verən, məqsədyönlü xarici siyasət kursunun nəticəsidir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə qəzetimizə açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun artmasını təmin edib: “2017-ci ilin birinci rübündə də Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində ardıcıl, məqsədyönlü iş aparılıb. Bu müddətdə 7 dövlət başçısının Azərbaycana səfəri, eləcə də Prezident İlham Əliyevin rəsmi səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir”.
S.Fətəliyeva əlavə edib ki, Azərbaycanın ötən müddət ərzində beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da ölkəmizin nüfuzunun artmasında ifadə olunub: “Təsadüfi deyil ki, ölkəmizin fəal, düşünülmüş xarici siyasəti beynəlxalq miqyasda çox yüksək qiymətləndirilir. Azərbaycanla əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfə kimi dəyərləndirilir. Cari ilin birinci rübündə baş tutan Davos Ümumdünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı və V qlobal Bakı Forumunda səsləndirilən fikirlər, ifadə edilən mövqelər bunu bir daha təsdiqləyir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

