/ / "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
10.08.2009 [23:53]
“Siyasi partiyalar haqqında” Qanunun bir çox müddəaları Konstitusiyaya, Seçki Məcəlləsinə və digər qanunlara, eləcə də müasir standartlara uyğun gəlmədiyi üçün ictimai-siyasi prosesləri özündə ehtiva edən yeni layihə hazırlanır. Yeni qanunda siyasi partiyaların qeydiyyatı, maliyyələşdirilməsi, fəaliyyəti, seçkilərdə iştirakı, cəmiyyətdəki rolu, beynəlxalq əməkdaşlığı və digər məsələlər öz əksini tapacaq.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, yeni qanunu hazırlamaqda məqsəd həm də siyasi partiyaların fəaliyyətində və maliyyələşdirilməsində şəffaflığın təmin olunmasıdır. ölkəmizin iqtisadi potensialı, artan büdcə xərcləri imkan verir ki, qeyri-hökumət təşkilatları və mətbuatın inkişafına ayrılan dövlət yardımı siyasi partiyalara da şamil edilsin. Bu maliyyələşmənin mexanizmi isə yeni qanunla tənzimlənəcək.
S.Novruzov deyib ki, yeni qanunu hazırlamaqda əsas məqsədlərdən biri də ayrı-ayrı dövlətlərin bu və ya digər şəkildə belə qurumlardan maliyyə vəsaitləri ilə öz maraqları üçün istifadə etmələrinin qarşısını almaqdır. Azərbaycan dövlətinin kifayət qədər iqtisadi potensialı var. Bu iqtisadi potensialdan istifadə edərək siyasi partiyalar dövlətdən maliyyə yardımı almalıdır.
Siyasi partiyaların qeydiyyatı məsələsi də günün tələblərinə cavab vermir. İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə görə, fəaliyyət göstərməyən, seçkidə iştirak etməyən, qarşısına qoyduğu vəzifəni yerinə yetirməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Bu baxımdan layihə hazırlanarkən siyasi qurumların fəaliyyətinin daim gündəmdə olması məsələsi də nəzərə alınıb.
Azərbaycan Milli Məclisinin NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov, həmçinin, deyib ki, NATO Parlament Assambleyasının (PA) növbəti sessiyası cari ilin noyabrında Şotlandiyanın Edinburq şəhərində keçiriləcək: “NATO ilə Azərbaycanın çox yaxın əlaqələri vardır və biz bir çox məsələlərdə olduqca səmərəli əməkdaşlıq edirik. NATO-nun bütün proqramlarında həm dövlət strukturları, həm də parlament yaxından iştirak edir”.
S.Novruzov bildirib ki, növbəti sessiyada müzakirəsi yarımçıq qalan məsələlərə baxılacaq və digər problemlərə toxunulacaq. Sessiyanın gündəliyi sentyabrda təsdiq olunacaq.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42

