İlk dərs gününün təntənəsi...
16.09.2009 [13:25]
Ənənəvi olaraq keçirilən “Bilik günü” tədbirləri Səbail rayon orta məktəblərində də təntənəli şəkildə qeyd olunub. Yeni dərs ilinə tam hazır olan 6 saylı “İntellekt” məktəbi-liseydə bu il fənn kabinetləri, sinif otaqları tam təmir olunaraq hər cür ləvazimatlarla təchiz olunub. Məktəbin yaxınlığındakı gözəl tərtib olunan parkda keçirilən “Bilik günü” bayramında “İntellekt” məktəb-liseyin direktoru Ceyran Quliyeva ötən il “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qaliblərindən olan liseyin pedaqoji kollektivinin tədrisdə qazandığı uğurlardan söhbət açıb. Onun sözlərinə görə, bu il liseyi bitirən 45 məzunu ali məktəblərə, o cümlədən, 10 nəfəri isə xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunub.
Məzunlardan 13-ü 500-dən, 3-ü isə 650-dən çox bal toplayıb. Məktəbin məzunu, rayon üzrə 690 bal toplayan 2 nəfərdən biri olan Məhəmməd Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibləri arasında 6 saylı məktəb-liseyinin tarix müəllimi Elmin İmanov da var.
Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə isə yeni tədris ilində 1200 şagird təhsil alacaq. Qeyd edək ki, qəsəbənin günbəgün genişlənməsi və əhalinin sayının artması nəzərə alınaraq məktəbin həyətində 840 şagird yerlik yeni tədris korpusu tikilib, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi əsasında məktəbin köhnə tədris korpusu əsaslı təmir olunub. Ən əlamətdar hadisə isə bu il məktəbin “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsində qaliblərin sırasında olmasıdır. “Bilik günü”nə həsr olunan tədbirdə kollektivin qazandığı uğurlardan danışan 239 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova qeyd edib ki, keçən tərdris ilində məktəbi bitirən məzunların 57-i ali məktəblərə qəbul olub ki, onlardan 15 nəfəri 500-dən çox, 5 nəfəri 600-dən çox bal toplayıb. ötən tədris ilində məktəbin bir neçə şagirdi respublika, və Bakı şəhər fənn olimpiadalarında qaliblər arasında olub və rayon İcra Hakimiyyəti tərəfindən aylıq təqaüdlərə layiq görülüblər.
Rayonun qocaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb isə bu il özünün 64-cü dərs ilinə başlayır. Məktəbdə 1300-dən çox şagird təhsil alacaq “Bilik Günü”nə həsr olunan tədbiri 190 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Afət Bakıxanova açıq elan edərək yeni tədris ilində məktəbin birinci sinfinə 112 şagird qəbul olunduğunu diqqətə çatdırıb. A.Bakıxanova bu il ali məktəblərə qəbul olan 43 məzundan 6-sının 500-dən, 2-sinin isə 600-dən çox bal topladığını deyib. Xatırladaq ki, 190 saylı orta məktəb Prezident İlham Əliyevin Sərəncamı əsasında keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibləri sırasındadır, həmçinin, məktəbin ibtidai sinif müəlliməsi Aygün Həşimova “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.
Yeni dərs ilinin başlanmasına həsr olunan tədbir Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbdə də təntənəli şəkildə keçirilib. Məktəb kollektivi, valideynlər və çoxsaylı qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarova bildirib ki, keçən təhsil ilində məktəbi 93 şagird bitirib ki, onlardan 52-si ali məktəblərə, o cümlədən, 1 məzun Moskva Dövlət Universitetinə qəbul olub. Qəbul imtahanlarında 11 məzun 500-dən çox, 3 məzun isə 600-dən çox bal toplayıb. Yeni tədris ili ərəfəsində məktəbdə təmir işləri aparılıb, yeni quraşdırılan müasir qazanxana isə bu il həm məktəbin, həm də yaxınlıqdakı uşaq bağçası və Uşaq Musiqi məktəblərinin istilik təminatını tam şəkildə ödəyəcək.
Onu da qeyd edək ki, Səbail rayonunun 2 və 49 saylı liseylərində, 7, 50, 51, 160, 162, 189, 236 saylı məktəblərində də “Bilik günü” qeyd edilib.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

