Azərbaycan-Belarus əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur
04.04.2018 [10:29]
Aprelin 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin inkişafını və birgə layihələrin uğurla həyata keçirilməsini təmin edən amillərdəndir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş prioritetlərdə göstərilən tədbirlər planına, habelə respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı digər Sərəncam və göstərişlərinə uyğun olaraq, Gəncə avtomobil zavodu ilə Minsk traktor zavodu arasında müştərək müəssisənin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq Gəncə avtomobil zavodunun nəzdində fəaliyyət göstərən həmin müəssisədə 10 mininci traktorun yığılıb təhvil verilməsi münasibətilə Belaruslu qonaqların da iştirakı ilə təntənəli tədbirin keçirilməsi bu əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirildi. Azərbaycanlı fermerlərə ən yaxşı hədiyyə olan həmin traktorların, eyni zamanda, regionun digər ölkələrinə də ixracının mümkünlüyünü müzakirə edən tərəflər, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının, qeyri-neft sektorunda, xüsusən maşınqayırma, nəqliyyat, tikinti, ərzaq, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə əlaqələrin genişləndirilməsi üçün ardıcıl məsləhətləşmələrin və təcrübə mübadiləsi keçirməyin zəruriliyini vurğulayıblar.
Görüşdə Azərbaycan-Belarus əməkdaşlığının intensiv davam etdirilməsi üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

