Azərbaycan gələn il alternativ enerji layihəsinin icrasına başlayacaq
24.09.2009 [10:24]
Azərbaycan nüvə enerjisindən istifadə imkanlarını təhlil etməlidir. “APA-Economics”in bildirdiyinə görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.
N.Əliyevin sözlərinə görə, Azərbaycanın nüvə enerjisindən istifadə ilə bağlı təcrübəsi yoxdur. Bu təcrübəni qazanmaq xeyli vaxt tələb edir: “Bu gün neft və qaz olduğundan, nüvə stansiyası bizə lazım deyil. Birincisi, nüvə stansiyalarında tam təhlükəsizlik təmin olunmayıb. İkinci bir tərəfdən, Azərbaycanın təcrübəsi yoxdur. Stansiya tikintisi üçün texnologiyaların gətirilməsi, xidmətin təşkili ilə bağlı başqa ölkələrə müraciət olunmalıdır. Bu həm əlavə xərclər, həm də müəyyən dövr üçün hər hansı ölkədən asılı olmaq deməkdir”.
N.Əliyev onu da qeyd edib ki, yaxın perspektiv üçün dünyada neftin və qazın qiymətinin düşməsi gözlənilmir.
Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanda ucuz başa gəlməsinə baxmayaraq hələ də alternativ enerji mənbələrindən geniş istifadə edilmir. N.Əliyevin sözlərinə görə, alternativ enerji mənbələrinin işlənməsinə marağın az olması neft və qaz imkanlarının geniş olması ilə bağlıdır: “Dövlətin alternativ enerji mənbələrinin işlənməsi ilə bağlı ayrıca qaydaları olmalı, qanunvericilik bazası təkmilləşdirilməli, standartlar və normativlər müəyyənləşdirilməlidir”.
N.Əliyev bildirib ki, artıq Azərbaycanda ilk külək elektrik stansiyası qurulub. “Caspian Texnology” şirkəti tərəfindən Sumqayıt şəhəri yaxınlığında qurulmuş stansiyanın gücü 2,2 MVt təşkil edir və əldə olunan enerji “Sumqayıtelektrikşəbəkə” ASC-yə verilir: “Artıq külək stansiyalarının səmərəliliyi təsdiq olunub. Bu stansiya qoyulan xərcləri 7 ilə çıxaracaq”.
Nazir onu da bildirib ki, pilot layihələrin müxtəlif regionlarda, xüsusilə də dövlətin enerji nəql edə bilmədiyi rayonlarda həyata keçirilməsi vacibdir. Sənaye və Energetika Nazirliyi bununla bağlı xüsusi proqram hazırlamağı planlaşdırır.
Natiq Əliyev bildirib ki, gələn ildən etibarən Azərbaycanda alternativ enerji üzrə layihənin icrasına başlanacaq. Onun sözlərinə görə, hazırda Azərbaycanda alternativ enerji layihəsi üzərində işlər aparılır və gələn ildən etibarən sözügedən layihənin icrasına başlanacaq. Nazir onu da qeyd edib ki, ümumiyyətlə alternativ enerji sahəsi effektli sayılır. Belə ki, bu sahəyə qoyulan investisiyalar özünü tam doğruldur: “Lakin buna baxmayaraq, biz həmin sahəni dərindən öyrənməliyik. Məsələn, külək elektrik stansiyalarını tikməmişdən öncə biz ərazini, yəni stansiya tikiləcək hər hansı bir ərazidə küləyin sürətini və bu kimi məsələləri öyrənməliyik”.
N.Əliyev həmçinin bildirib ki, Azərbaycan bu sahədə aparıcı ölkələrin təcrübəsini də öyrənir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

