Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya MSK-nın sədr müavini: Şəffaflığın təmin olunması üçün seçki məntəqələrində görülən işlər təqdirəlayiqdir

Rusiya MSK-nın sədr müavini: Şəffaflığın təmin olunması üçün seçki məntəqələrində görülən işlər təqdirəlayiqdir

12.04.2018 [11:04]

Aprelin 11-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov seçkilərin yüksək səviyyədə keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O deyib ki, 894 beynəlxalq müşahidəçi bu gün səsvermənin gedişini izləyib. Beş milyon 300 mindən çox seçicinin sərbəst, azad şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb. MSK sədri fiziki və görmə məhdudiyyətli, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvermə hüquqlarından istifadə etmələri üçün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb.
Nikolay Bulayev Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdiklərini söyləyib. Bildirilib ki, şəffaflığın təmin olunması üçün seçki məntəqələrində görülən işlər, xüsusilə də veb-kameraların quraşdırılması təqdirəlayiqdir. O, aparılan müşahidələr zamanı seçicilərin sərbəst şəkildə səs verdiklərinin şahidi olduqlarını vurğulayıb.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30