"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" kitabının 27-ci cildi çapdan çıxıb
19.09.2009 [20:49]
Bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 27-ci cildindən - Ulu öndər Heydər Əliyevin 2000-ci il mayın 27-də Respublika sarayında 28 May - Respublika Gününə həsr olunmuş təntənəli mərasimdəki nitqindən götürülüb. Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il aprelin 28-də Binəqədi rayonu ərazisində akademik Zərifə Əliyeva adına istirahət parkının açılışı mərasimindəki nitqi ilə başlayan cilddə 2000-ci il iyunun 2-dək dövrü əhatə edən materiallar - dahi dövlət xadiminin bir sıra xarici dövlət və hökumət nümayəndələri ilə danışıqları və söhbətləri verilib, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolundan, Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən, dost və qonşu ölkələr arasında ənənəvi qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs edən materiallar öz əksini tapıb.
Bu cilddə, eyni zamanda, Heydər Əliyevin Gəncəyə səfəri zamanı, Yenikənd SES-in açılışı mərasimindəki, “N” hərbi hissəsinin şəxsi heyəti və şəhər sakinləri ilə görüşlərdəki nitq və çıxışları, informasiya vasitələrinə müsahibələri, bəyanatları və s. verilib.
Bütün cildlərdə olduğu kimi, bu cilddə də Ulu öndərin Azərbaycanın sürətli iqtisadi yüksəlişinə, xalqımızın rifahı və tərəqqisi naminə aparılan geniş islahatlara, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə həsr olunmuş nitqləri, çıxışları və digər materiallar toplanıb.
AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabında oxucular ümummilli lider Heydər Əliyevin Azərbaycanın pravoslav xristianlarına, yəhudi icmasına, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərə müraciət və məktubları, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclasında, Böyük Vətən müharibəsində, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 55-ci ildönümü - Qələbə bayramı münasibətilə keçirilən mərasimdəki nitqləri, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri ilə görüşlərindən hesabatlar və s. ilə də tanış ola biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

