Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilib

Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilib

27.04.2018 [09:28]

Avropanın 30-dan çox xəbər agentliyinin nümayəndələrinin iştirak etdiyi konfransda AZƏRTAC da təmsil olunub
Rumıniyanın paytaxtı Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Xəbər agentlikləri və dəyişən market: Yeni inkişaf edən məzmun üçün strategiyalar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Avropanın 30-dan çox xəbər agentliyinin, o cümlədən Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Türkiyənin Anadolu, Almaniyanın DPA, Avstriyanın APA, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, Albaniyanın ATA agentliklərinin rəhbərləri və nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da təmsil olunub.
Rumıniyanın Agerpres agentliyinin baş direktoru Aleksandr Giboi və İsveçin TT agentliyinin direktoru, EANA-nın prezidenti Yonas Erikson çıxış edərək ictimai informasiya sahəsində düzgün mexanizmlərin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıblar.
Daha sonra London İqtisadiyyat Məktəbi və Oksford Universitetində Reuters İnstitutunun birgə həyata keçirdiyi sorğunun ilkin nəticələri barədə məlumat iştirakçılara təqdim edilib.
Sorğuda EANA-nın üzvü olan agentliklərdən yalnız 22-si iştirak edib. Sorğunun əsas məqsədi Avropa xəbər agentliklərinin davamlı inkişafının təmin olunması, agentliklərin faydalı xəbərləri yerləşdirməklə onlara uyğun ola biləcək gəlirləri əldə etməsidir. Sorğuda, həmçinin xəbərin istənilən sosial şəbəkələrdən asanlıqla əldə edilməsinin agentliklərin gəlirlərinə təsir etdiyi diqqətə çatdırılıb.
Rumıniyanın Agerpres agentliyinin baş direktoru Aleksandr Giboi təqdimatında istifadəçilərə keyfiyyətli xəbər təklif etmək üçün innovasiyalardan istifadə etdiklərini bildirib. Dövlətin Agerpres üzərində təsirinin azaldığını qeyd edən Aleksandr Giboi, bununla da yeni media məhsullarından və xəbərin yayılması texnikalarından istifadə etməyə çalışdıqlarını, bununla da məhsullarını reklam etmək istəyən özəl sektorlardan yararlanacaqlarını deyib.
Avstriyanın APA agentliyinin baş icraçı direktoru Klemens Piq milli xəbər agentliyinin reklam üçün platforma yaratmasının ənənəvi medianın inkişafında böyük rol oynayacağını qeyd edib. Xarici bazara xəbər çıxararaq bundan gəlir əldə edəcəklərini söyləyən Klemens Piq kiçik şirkətlərin də müəyyən məbləğ ödəməklə məhsullarını reklam etməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Sonra konfrans panel müzakirələrlə davam edib.
İsveçin TT agentliyinin baş icraçı direktoru Yonas Eriksonun moderatorluğu ilə keçirilən paneldə Avstriyanın APA agentliyinin idarəedici redaktoru Maykl Lanq, NTB agentliyinin idarəedici redaktoru Kristian Byellanes “Yeni məzmun və müştəri əlaqələri” mövzusu ətrafında geniş müzakirələr aparıblar.
Daha sonra Kiprin CNA agentliyinin direktoru Corc Penintaeks rəhbəri olduğu qurumun yeni imkanları barədə təqdimatla çıxış edib. Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş yalnız platform şirkətlərinin gələcəkdə əsas söz sahibi olacaqlarını bildirib. O, birbaşa market və əlaqələndirilmənin təmin edilməsinə diqqət çəkib. Keyfiyyətli şəkillərin təmin edilməsi ilə xəbər marketində uğur qazandıqlarını, DPA-nın ümumiyyətlə videoxəbərə böyük önəm verdiyini bildirən Piter Kropş rəhbəri olduğu agentliyə qurumların üzvlüyünün artdığını söyləyib, bloggerlərin yazılarına yer verməklə gənc oxucuların diqqətinin cəlb edilməsinin əhəmiyyətindən danışıb.
Konfransda, həmçinin AFP-nin Avropa üzrə direktoru Kristin Buhagierin, Ukrinformun Baş direktoru Oleksandr Xarçenkonun məruzələri dinlənilib.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30