Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-da anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib

Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-da anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib

27.04.2018 [09:30]

Mən ölkəm ilə fəxr edirəm. Mənim ölkəmə qarşı aparılan belə hücumlar utancvericidir. Azərbaycan dəyərlərə görə bu təşkilata gəlib. Əgər bu gün korrupsiyanı müzakirə ediriksə, bütün ölkələrə baxmalıyıq. Təkcə bir ölkəni küncə sıxmaq olmaz. Bir müddət əvvəl burada kim Sarkisyanı qəbul edib? Korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən devrilən şəxsi kim qəbul edib? “Ermənistanda əsl demokratiya var” deyənlər bir neçə gün əvvəl erməni xalqının korrupsiyaya görə devirdiyi Sarkisyanı erməni xalqını təmsil edən demokratı kim qəbul edib? Həmin şəxslərdən soruşuram, hanı bəs o demokrat? Nəyə görə özünüzə belə sualla müraciət etmirsiniz?
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib ki, müharibə vəziyyətində, əraziləri işğal altında olan, bir milyon qaçqını və köçkünü olan Azərbaycan bu təşkilata hüquq normalarına hörmət edilməsi üçün gəlib. Ancaq qanuna riayət edilməsi əvəzinə, burada çox sevilən, əgər belə demək mümkünsə, “yeni” beynəlxalq hüquq yaranıb. “Mənim adımı da bu sənədə salıblar. Tədqiqat qrupunun rəhbəri və üzvləri desələr də ki, cənab Seyidovun heç bir əlaqəsi yoxdur, yenə də mənim adımı buraya daxil ediblər. Niyə mənim adım bu sənədə daxil edilib? Bu, ədalətsizlikdir. Burada faktlarla sübut edilmiş heç bir məlumat yoxdur. Şenak əlindən gələni edir ki, Azərbaycanı nüfuzdan salsın. Ancaq bu, mümkün deyil. Biz mübarizə aparacağıq və qalib gələcəyik. Biz Avropa Şurasına deyil, bütün dünyaya məxsus olan dəyərlər, demokratiya, azadlıq haqqında düşünürük. Mən bu təşkilata gələndə demişdim ki, bu, mənim Avropa Şuramdır, ancaq indi deyirəm, xeyr, bu, sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasının bir hissəsi olmaq istəmirəm”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30