Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hazırlıq işlərini davam etdirir

Bahar Muradova: Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hazırlıq işlərini davam etdirir

02.05.2018 [09:25]

“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı Sərəncam Cümhuriyyət irsinə, ideyalarına verilən yüksək dəyərdir”. Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin dünən keçirilən iclasında deyib.
B.Muradova bildirib ki, Milli Məclis Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirəcək. Onun sözlərinə görə, cəmiyyətdə parlamentin bu əlamətdar hadisə ilə bağlı hansı işləri görəcəyinə dair fikirlər səslənirdi.
“Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində də iş gedir. Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı böyük tədbir keçiriləcək və bu tədbirin payız aylarında keçirilməsi gözlənilir. Bundan başqa, Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlının rəhbərliyi ilə alimlərdən ibarət qrup Azərbaycanda parlamentarizm tarixinə dair toplu hazırlayır. Hesab edirəm ki, bu nəşr Xalq Cümhuriyyətinin 100 illik yubileyinə böyük töhfə olacaq”, - deyə vitse-spiker vurğulayıb.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30