/ / Parlamentdə komitələrin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənilib
Parlamentdə komitələrin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənilib
03.05.2018 [09:47]
Mayın 2-də Milli Məclisdə İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında” məsələ dinlənilib.
Əvvəlcə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə fikirlərini açıqlayıb. Qeyd edib ki, insanın mənəviyyatına və ləyaqətinə qarşı yönəldilmiş olduğundan insan alveri ən ağır cinayətdir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ciddi işlər görülür. Mübarizənin səmərəliliyini təmin etmək üçün Azərbaycan parlamenti ötən illər ərzində müvafiq hüquqi baza formalaşdırıb, qanunvericilik zənginləşdirilib.
Sonra iclasda Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinin rəisi Heydər Heydərov milli koordinatorun illik məlumatını təqdim edib. Bildirilib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan insan alveri ilə mübarizə ildən-ilə güclənir. Ötən il dünya miqyasında bu tip cinayətlərdə təqsirli bilinən doqquz mindən çox şəxsə ittiham hökmü çıxarılıb.
İnsan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açan məruzəçi vurğulayıb ki, 2017-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib. Cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq dövlətimizin başçısına təqdim olunub.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub.
İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər.
Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb.
Uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə polis orqanları tərəfindən reydlər keçirilib, küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib. 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb. Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərində fəaliyyət göstərən müvafiq sığınacaqlarda hüquqi və psixoloji yardımlar göstərilib.
2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib.
İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb, 33 şəxs məhkəməyə verilib. Onlardan 29-u barəsində ittiham hökmü çıxarılıb.
İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb. Bütövlükdə 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə QHT-lərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.
Məlumatın yekununda qeyd olunub ki, beynəlxalq ekspertlərin rəyinə görə, insan alveri kriminal biznesin ən mənfəətli növlərindən olmaqla il ərzində 32 milyard dollara yaxın gəlir gətirir və hər il dünyada 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir. Bu acı reallıqla mübarizə aparmaq, təhlükələri qabaqlamaq üçün müasir dünyada hər bir ölkə kimi Azərbaycan da öz potensialından maksimum istifadə edir.
Komitələrin birgə iclasında məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Hər iki komitənin üzvləri rəylərini bildiriblər, narahatlıq doğuran hallardan söz açıblar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Fəzail Ağamalı, Hikmət Məmmədov, Çingiz Qənizadə, Tahir Kərimli, Elşən Musayev konkret təkliflərini də diqqətə çatdırıblar. DİN rəsmisi deputatları maraqlandıran suallara cavab verib.
Fikir mübadiləsinin yekununda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53

