Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-NATO əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-NATO əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

15.05.2018 [09:13]

Belçikaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturay ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Ceyms Apparturay Əfqanıstanda sülhün bərqərar olmasını hədəfləmiş “Qətiyyətli Dəstək Əməliyyatı”na və Əfqanıstan Milli Ordusu Etimad Fonduna texniki və maddi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. Habelə NATO-nun Müttəfiq Qüvvələrinin Avropada Ali Baş Komandanı və Rusiya Federasiyası baş qərargah rəislərinin Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirilib.
Görüş əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.
Söhbət zamanı, həmçinin Azərbaycan-NATO münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30