Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına əhəmiyyət verir

Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına əhəmiyyət verir

08.05.2018 [16:33]

Mayın 7-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. O deyib ki, ölkəmiz bu təşkilatla 1999-cu ildə qüvvəyə minmiş əməkdaşlıq və tərəfdaşlığa dair saziş çərçivəsində uğurla əməkdaşlıq edir. 2017-ci ildən başlayaraq isə yeni saziş üzərində iş gedir və yaxın vaxtlarda yekunlaşacaq.
Oqtay Əsədov diqqətə çatdırıb ki, bu gün (dünən - red.) Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası işə başlayacaq. İnanırıq ki, bu cür toplantılar və qarşılıqlı səfərlər münasibətlərimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək.
Sədr bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Bu sahədə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələri mühüm əhəmiyyətə malikdir.
Sayyad Kərim bu görüşə və qonaqpərvərliyə görə Milli Məclisin sədri Oqtay Əsədova dərin minnətdarlığını bildirib. Qonaq Azərbaycanın müstəqilliyinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb. Qonaq Avropa İttifaqı ilə Milli Məclisin əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ölkəmizin Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30