Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib

08.05.2018 [17:20]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edib. Qeyd edilib ki, Ulu öndər Azərbaycan dövlətinin və xalqının mənafeyi uğrunda fədakarlıqla çalışıb. Onun zamanında apardığı uzaqgörən islahatlar və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticələrindən biri olaraq yaradılan “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modelidir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyevin Azərbaycanın çətin zamanlarında xalqının xilaskarı olduğunu və dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30