Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal müxalifət ilə “beşinci kolon” ermənipərəst mərkəzlərdən aldıqları qrantları bölüşdürə bilmirlər

Radikal müxalifət ilə “beşinci kolon” ermənipərəst mərkəzlərdən aldıqları qrantları bölüşdürə bilmirlər

19.05.2018 [09:04]

Yaxud anti-Azərbaycan dairələrin xidmətçiləri olan “qrantyeyənlər” şəxsi maraqlar naminə bir-birinə qənim kəsiliblər
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan autsayderlər özlərinin korporativ maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət cəbhəsində yer alan, eləcə də “beşinci kolon” funksiyasını icra edən marginal şəxslər fərqlənirlər. Həmin marginal qruplaşmalar bu gün Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər.
Əlbəttə, bu antimilli ünsürləri birləşdirən “ortaq dəyər” anti-Azərbaycan mövqedə durmaq - xalqımıza və dövlətimizə qarşı fəaliyyət göstərməkdir. Lakin belə bir “ortaq dəyər”in mövcud olmasına baxmayaraq, hər iki cəbhədə yer alan antimilli ünsürlər arasında mənfəət savaşı hökm sürür. Onlar qrant uğrunda bir-biri ilə mübarizə aparır və bu çərçivədə bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinmirlər. Yəni tərəflər arasında açıq müstəviyə transfer olunan “qrant savaşı” indi sosial şəbəkələr üzərindən təhqiramiz fikirlər səsləndirməklə özünü göstərir.
Qrantları təkbaşına mənimsəməyə çalışan Emin Millinin Əli Kərimliyə qarşı tənqidi fikirləri digər “qrantyeyənlər” tərəfindən qəzəblə qarşılanıb
Mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə də “beşinci kolon” ilə radikal müxalifət arasında ziddiyyət və qarşıdurma özünü büruzə verib. Dinləmələrdə çıxış edən Emin Milli Əli Kərimliyə və onun timsalında radikal müxalifətə qarşı tənqidi fikirlər işlədib. Digər “qrantyeyənlər” isə qrantları təkbaşına mənimsəməyə çalışan E.Millinin fikirlərini qəzəb və narazılıqla qarşılayıblar.
Yəni, Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub.
“Qrant döyüşü”ndə növbəti “raund” Sevinc Osmanqızı ilə Xədicə İsmayıl arasında olub...
Bunlara paralel olaraq sosial şəbəkədə kəskinləşən qarşılıqlı ittihamlar tərəflərin təhqiramiz fikirlərlə müşayiət olunan “mübarizə”sini daha da şiddətləndirib. Növbəti belə qarşıdurma ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayıl arasında baş verib. Xədicə İsmayıl Sevinc Osmanqızının “Meydan TV”nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu deyib. O, həmçinin S.Osmanqızının Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc Osmanqızı isə cavabında Xədicəni “xəstə” adlandırmaqdan çəkinməyib.
Natiq Adilovdan Emin Milli və Aslan İsmayılova qarşı ittihamlar...
Emin Millinin səsləndirdiyi fikirlərə cavab olaraq Natiq Adilov isə bu şəxsin qrant üçün fəaliyyət göstərdiyini deyib. O, həmçinin Emin Millini saxtakarlıqda ittiham edib. Müxalifəti fəaliyyətsizlikdə günahlandıran Aslan İsmayılov da N.Adilovun tənqidlərinə tuş gəlib. Belə ki, o, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. N.Adilov Aslan İsmayılovu, sifarişlə işləyən müqəvva kimi təsvir edib.
Cəmil Həsənli “Meydan TV”yə ayrılan irihəcmli qrantları ciddi narahatlıqla qarşılayıb
“Qrantyeyənlər”in savaşında növbəti epizod “Meydan TV”yə ayrılan irihəcmli qrantları ciddi narahatlıqla qarşılayan Cəmil Həsənli ilə bağlıdır. O, “Meydan TV”nin aldığı qrantları doğrultmadığını yazıb və bununla da bütün müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə getdiyini nümayiş etdirib. Kamil Vəli Nərimanoğlunun Emin Millini “Emin Zilli” adlandırması isə sosial şəbəkə üzərindən aparılan və təhqiramiz ifadələrlə “müşayiət” olunan “mübarizə”nin hansı səviyyə və formada olduğunu göstərir.
Antimilli ünsürlər öz vətənlərini satmağa hazırdırlar!
Nəticə etibarilə, sosial şəbəkə üzərindən aparılan və təhqiramiz ifadələrin səsləndirildiyi “mübarizə”nin mahiyyəti bu marginal şəxslərin “siyasi fəaliyyət”inin motivinin nədən ibarət olduğunu aşkar edir. Azərbaycan xalqına “dərs keçməyə çalışan”, xalqımızı meydana - mitinqlərə çağıraraq ölkəmizdə xaosun yaranması - sabitliyin pozulması hədəfinə çatmağa çalışan radikal düşərgənin “fəal”ları və “beşinci kolon” nümayəndələri şəxsi maraqlar naminə bir-birinə qənim kəsiliblər. Onların siyasi fəaliyyətinin əsasında şəxsi maraqlar və xəyanət prinsipi dayandığına görə, şübhəsiz ki, bu şəxslər daha şirnikdirici təkliflər qarşısında öz vətənləri və dövlətlərini tərəddüd etmədən satarlar.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30